Alparslan Kotanla müsahibə - Kəbutər Haqverdinin təqdimatında

Alparslan Kotan: “Türkiyə-Azərbaycan əlaqələri arasında Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti ayrıca bir tarixdir ki, sona qədər araşdırılmalı, öyrənilməli və əbədiləşdirilməlidir.”

-Sayın Alparslan Kotan, əvvəlcə yat hekayənizlə başlayaq.

-Olar, əlbəttə... 1976-cı ildə Ərzurumda doğulmuşam. Atam dövlət məmuru olduğuna görə ailəm əvvəlcə Eskişehirə, daha sonra 1979-cu ildə Eskişehirdən İstanbula köçüblər. 1979-cu ildən etibarən İstanbulda yaşayıram. Orta məktəbi Haydarpaşa liseyində oxumuşam. Ali təhsilimi Balıkesir Universiteti mühəndislik və memarlıq fakültəsində tamamlayaraq inşaat mühəndisi kimi məzun olmuşam. Daha sonra Marmara Universitetində İdarəetmə fakültəsində magistr təhsili almışam. Hal-hazırda özəl sektorda fəaliyyət göstərən mənə və xanımıma aid olan şirkətimiz daxilində öz sahəm üzrə çalışıram.

-Siz mühəndissiniz. Amma sizi eyni zamanda tarixi mövzularda apardığınız araşdırmalarla da tanıyırıq. Həm mühəndislik, həm də yazarlıq bir arada çətin deyil ki, sizin üçün?

-Bəli, bu sualı mənə çoxları verir. Mühəndislik tərəfimi bilənlər digər tərəfimi öyrənəndə çox heyrətlənirlər… Məni araşdırmaçı, arxivçi, kolleksioner, tarixçi və ya yazar kimi tanıyanlar da mühəndis olduğumu öyrənəndə heyrətlənirlər. Əslində mən burda qeyri-adi heç nə görmürəm. Türk millətinin böyük oğullarından Ordinator prof.dr. Süheyl Ünverin hamımızın həyat düsturu kimi qəbul etməli olduğumuz çox gözəl bir vəsiyyəti var. Ünver deyir ki; "Hamının bir peşəsi, bir də məşğuliyyəti olmalıdır. O məşğuliyyətimizdir." Bizim də Türk tarixinə, Türk mədəniyyətinə olan məhəbbətimiz də mərhum Süheyl Ünver ustadımızın bu vəsiyyətində müəyyən etdiyi əsasa söykənməkdədir. Peşə və məşğuliyyət…

-Bəs bu məhəbbətin mənbəyi nədir, sizcə?

-Şübhəsiz ki, bu məhəbbətin yeganə mənbəyi eşqdir. Türk millətinə duyduğumuz eşq…

-Necə oldu ki, araşdırmalarınıza Azərbaycan da daxil oldu?

-Uşaqlığımdan kitablar həyatımın çox önəmli bir parçası olub. Mənim Azərbaycanla tanış olmağım da əvvəlcə kitablar sayəsində olub. Azərbaycanla bağlı ilk önəmli məlumatları İstanbul Universiteti ədəbiyyat fakültəsi müəllimi dr. Əhməd Cəfəroğlunun 1932-ci ildə nəşr etdirdiyi "Azərbaycan Yurd Bilgisi" adlı dərgidən öyrəndim. Fuad Köprülü, Zeki Velidi Togan, Abdülkadir İnan, Mahmut Ragıp Kösemihal kimi dövrün önəmli alimləri bu dərginin yazarları içində idilər. Yeniyetməlik illərində isə Bəxtiyar Vahabzadənin şeirləri ilə tanış oldum. Universitet illərimdə Vahabzadənin şeirlərindən hissələri məktəbimizin yazı taxtasına yazdığımı xatırlayıram:

Məcnunluq gözəldir!

Bu nədir?! - deyə

Hər cahil anlamaz bu ülviyyəti

Yazıq o kəsə ki, yoxdur bir şeyə

Nə sonsuz nifrəti, nə məhəbbəti!

Daha sonradan isə Şəhriyar, Mirzə Ələkbər Sabir, Əhməd Cavad, Səməd Vurğun, Almaz İldırım, Hüseyn Cavid, Mikayıl Müşfiq, Xəlil Rza, Məmməd Aslan kimi  böyük şairlərin şeirləri ilə ürəyimizdəki Azərbaycan sevgisini böyütdük deyə bilərəm.

-Saydığınız adlar içində sizə ən çox təsir edən şair hansıdır?

-Bu adların hamısı Türk millətinin çox önəmli dəyərləridir. Hamısının şeirləri biri-birindən dəyərlidir. Ancaq mənə ən çox təsir edən şairlər hansılardır deyə soruşsanız, yazdıqları və mübarizələri ilə Mikayıl Müşfiq və Əhməd Cavad deyərəm… Təbii, böyük Şəhriyarın "Heydərbabaya salam"ı ilə ürəklərimizdə qopardığı fırtına düşünürəm ki, ömür boyu heç dinməyəcəkdir.

-Türkiyə və Azərbaycan arasında özəlliklə Nərimanov və Atatürk dövründəki əlaqələri necə dəyərləndirirsiniz?

-Türkiyənin Mustafa Kamal Atatürk rəhbərliyində həyata keçirdiyi İstiqlal savaşı əsnasında Nərimanovun Atatürklə olan əlaqələri şübhəsiz ki, ortaq duyğuların nəticəsidir. Bu dövrdə Nəriman Nərimanovun verdiyi bəyanatlar olduqca önəmlidir. "Əgər bütün dünya ilə savaşmaq lazım gələrsə belə Azərbaycan, Türkiyə ilə müttəfiq olacaqdır!" - demişdir Nəriman Nərimanov. Bu söz çox önəmli bir meydan oxumaqdır. Və bu söz Türkiyə və Azərbaycan gəncləri üçün vəsiyyət formasında bir sözdür. Yenə Nəriman Nərimanovun rəhbərliyində Azərbaycan xalqının Türkiyəyə göndərdiyi yardımlar heç bir zaman unudulmayacaqdır. Türkiyənin ən qarışıq, atəşdən köynək geyindiyi həmin günlərdə Bakıda bir cümə günü, axşam hər yer qaranlığa qərq olanda Türk konsulluğunun qapısı döyülür. Konsul Əli Kamal bəy qapını açır, qarşısında  dünyadan küsmüş yaşlı bir adam görür. "Nə lazımdır?" deyə sorur. Yaşlı adam "Siz kimsiniz?" deyə ondan soruşur.  Əli Kamal bəy Türk konsulu olduğunu söylər.  Yaşlı adam "Uzat əlini mənə". Əli Kamal bəy əlini qeyri-ixtiyari  uzadır. Yaşlı adam onun ovcuna bir miqdar pul qoyur. "Mən - deyir - külfət sahibiyəm, işləyə bilmədiyim üçün dilənirəm. Eşitdim ki, can Türkiyəmə pul lazımmış. Mən də bu cümə qazandığımı gətirdim. Bu bəla sovuşana qədər hər cümə qazandığımı gətirəcəm. Gücüm buna çatır."

Məhz Azərbaycanımın bu ruhunu unutmamalıyıq.

- Bu də, ölliklə Hacı Zeynalabdin Tağıyevin çox ssas olduğunu bilik… Ayrıca sizin Tağıyev vzusunda ssaslığın şahidiyəm.

-Doğru. Tağıyev sadəcə bu yardım məsələsində deyil, bir çox məsələdə  Azərbaycan və Türkiyə burjuaziyasına örnək olacaq  çox böyük şəxsiyyətdir. Yəni Tağıyev dünya bərqərar olandan bu yana ən böyük 50 türkdən biridir.

rzurum lgəsi Azərbaycanda  ayrıcalıq təşkil edir. siz ərzurumlusunuz, m Azərbaycan tarixi ilə bağaraşrmalar edirsiniz.

-Ərzurum Türkiyə-Azərbaycan tarixi  münasibətlərindəki ən önəmli mərkəzlərdən biridir. I Dünya savaşında  Azərbaycan  Ərzurum və çevrə şəhərlərə böyük kömək edib. "Qardaş Köməyi" adlı yardım dəstəsi ilə Cəmiyyəti Xeyriyyənin üzvləri gəlib və əhalini aclığın pəncəsindən alıblar. Bu ismlərdən öncəliklə Ərzuruma gələn  Gəncəli Seyidovu zikr etməliyəm.  Daha sonra Ərzincan sorumlusu Əbdülməbud bəy… O da daha sonra Ərzuruma gəlir. Ərzuruma ilk gələnlərdən İlyasov, Salman xan, Rza Əhməd xan… o dönəmdə yayımlanan "Qardaş  Köməyi" jurnalında çap olunan bir yazısından bilirik ki, Əhməd Cavad Qarsa qədər gəlir. Amma Ərzuruma varması haqqında bir bilgi yoxdur.

rzurumda Seyidov susi bir bbətlə sevilir. Onunla bağhansı lumatlar əldə edə bilmisiniz?

- Gəncəli Seyidov haqqında apardığımız araşdırmalarda heç bir dəqiq məlumat əldə edə bilmədik nə yazıq ki… Kimdir? Haralıdır? Gəncəli adıdır, yoxsa doğulduğu yerdir? Neçə  yaşındadır? Toplaya bildiklərimiz Ərzurumda yaşanan erməni qətliamlarını əks etdirən xatirələrdə qısa, lakin  çox önəmli  bilgilərdən ibarətdir… Bu qətliamda bütün Xeyriyyə Cəmiyyətinin digər üzvləri kimi qətl edilən Seyidovun fəaliyyəti, öldürüldüyü ərazi haqqında məlumatlar var, amma nə yazıq ki, məzar yeri unudulub.

Qısaca deyim ki, hər cür yardım edir Xeyriyyə Cəmiyyəti. Ərzaq, geyim. Xəstəxana açmağa çalışırlar və təbii ki, ruslar və ermənilərin etirazına görə mümkün olmur. Yetim uşaqlara sahib çıxırlar. Yüzlərlə uşaq və qadın Bakı və Tiflisdəki sığınma evlərinə götürülür. 

Amma bu dəstə üzvlərinin də aqibəti Seyidovun aqibəti kimi olur.

rzurum tliamı zamanı daha r yaşandı?

- Andranik Ərzuruma gəlir və  o zaman Osmanlı ordu komandiri Vehip Paşaya təhdidedici, aşağılayıcı və meydan oxuyan bir məktub göndərir. Vehip Paşanın deyil, onun göndərdiyi minbaşının qarşısına belə çıxmağa cəsarət etmədən də  Ərzurumdan qaçır. Ərzurumda 10 gün qalan Andranik… o 10 gün içində 13.273 türkü qətl etdirir. Və Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Xeyriyyə Cəmiyyətinin Ərzurumdakı bütün üzvləri öldürülür. Bu, Türkiyə-Azərbaycan əlaqələri arasında ayrıca bir tarixdir ki, sona qədər araşdırılmalı, öyrənilməli və əbədiləşdirilməlidir.

10 gün sürən qətliamın şiddətini təsəvvür etmək üçün təkcə onu deyim ki, Türk ordusu Ərzuruma daxil olduqdan sonra günlərlə küçələrdən meyitləri toplayıb dəfn etməklə məşğul olmuşlar.

- Kolleksiyalarız içərisində Azərbaycanla bağbahisə vzusuna çevrilən nadir bir şal var.

- Öncə deyim ki, Türk mədəniyyətinə  aid hər kiçik əşya mənim maraq dairəmə daxildir. Babalarım uzun illər ən məşhur kolleksionerlər olub. Mən bugün özəlliklə Ərzurum tarixi üzərində çalışıram. Yəni uzun zamandır Ərzurumla bağlı ağlınıza gələ biləcək ən kiçik tarixi yadigarları  toplayıram. Kitab, şəkil, sənəd, dərgi, qəbzlər, pul, kartpostal və s… Nə olursa…         

-Azərbaycanla bağr var kolleksiyanızda?

-Azərbaycanla bağlı anamın atasından yadigar qalan və üzərində Rəvan xanlığının aslanlı gerbi işlənmiş 200 yaşı olan bir  şal var… Özəlliklə Rəvan xanlığını təmsil etdiyi  üçün  mənəvi  və tarixi dəyərləri ölçüyəgəlməzdir. Və ötən əsrə aid çox sayda köhnə pullar, kitablar var.

-Alparslan bəy,  çox təşəkkür edirəm.

-Bütün Azərbaycan xalqına sevgilərimi çatdırın lütfən...

Söhbətləşdi: Kəbutər Haqverdi


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!