Şair, nasir, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Qərib Mehdi (Mehdiyev Qərib Qasım oğlu) yanvarın 20-si axşam saatlarında dünyasını dəyişib.
Qərib Mehdi 1936-cı il iyunun 21-i Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb.
Əmək fəaliyyətinə poçtalyon kimi başlayan şair Gəncə Dövlət Dram Teatrında aktyor, istehsalatda fəhlə işləməklə yanaşı, Gəncə Dövlət Universitetində ali təhsil alıb, növbəti illərdə müəllim və "Yüksəliş" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.
Ədəbi yaradıcılığa 1958-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İşığın qəzəbi" hekayəsi ilə başlayıb.
Poeziya və nəsr əsərlərindən ibarət 28 kitabı işıq üzü görüb.
Allah rəhmət etsin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
