Gənc yazıçı Nadir Yalçının “Lal ev” adlı ilk kitabı çapdan çıxıb.
“Ədəbiyyat qəzeti” xəbər verir ki, kitab “Park” Nəşriyyatında işıq üzü görüb.
Kitabda müxtəlif mövzulu 15 hekayə yer alıb.
Hekayələr toplusunun redaktoru Vüqar Van, korrektoru Nihat Pir, qapaq dizaynının müəllifi isə Rəsul Həsəndir.
Qeyd edək ki, kitabın təqdimatı dekabrın 20-i, saat 14:00-da Nizami Kino Mərkəzində keçiriləcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
