Mingəçevir Dövlət Universitetində Milli Məclisinin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova və filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan birgə tələbələrə ustad dərsi (onlayn) keçiblər.
Bu ustad dərsi yalnız bir tədris tədbiri deyil, həm də milli özünüdərk və ideoloji maarifləndirmə baxımından mühüm əhəmiyyət daşıyıb. Dərsin mövzusu Birinci Türkoloji Qurultay, ümumtürk dünyasının mədəni-siyasi tarixində dərin iz buraxmış hadisə və şəxsiyyətləri əhatə edib.
Ustad dərsi tələbələr üçün bir neçə baxımdan əhəmiyyətli olmuşdur: Tələbələr Azərbaycan və türk dünyasının mədəni-siyasi tarixində mühüm rol oynamış hadisə və şəxsiyyətlərlə yaxından tanış olublar. Ədəbiyyatın yalnız estetik deyil, həm də ideoloji və maarifləndirici gücə malik olduğu vurğulanıb. Bu cür ustad dərslərinin keçirilməsi tələbələr üçün ilhamverici və örnək xarakter daşıyır. Ustad dərsi yalnız bir mövzu təqdimatı deyil, milli yaddaşın dirçəldilməsi və gələcək müəllim və tarixçilərin ideoloji hazırlığı baxımından strateji önəm kəsb edir. Belə dərslər gənc nəslin tarixi köklərə bağlı, müasir düşüncəli və milli ruhlu yetişməsinə xidmət edir.
.jpeg)
.jpeg)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
