“Füyuzat” dərgisinin 145-ci sayı işıq üzü görüb

Jurnalın 145-ci sayı “Redaksiyadan” sərlövhəli yazı ilə açılır.

Dərgidə Mahir Qəribovun “Ə.Ağaoğlunun I Türk Tarix Konqresində ideoloji düşüncələri" və Tural İsmayılovun "Milli dövlətçilik və hüququn aliliyi" adlı araşdırmalarını, Füzuli Sabiroğlunun “İrəvan məscidləri” başlıqlı məqaləsini, Yavuz Bülənt Bakilərin "Azərbaycan ürəyimdə bir şahdamardır" adlı şeirini,  Muxtar Cəfərlinin "Ruhun həqiqətə açılan qapısı – fədakarlıq" , Aygün Əzimovanın "Maarifçilikdən istiqlala gedən yol" adlı məqalələrini, Loğmanın "Pərvanəlik" başlıqlı essesini, Vahid İbayevin "Pakistanın azərbaycanəsilli Baş naziri" adlı araşdırmasını, Fidan Vahidin təqdimatında "Aydoldunun oğlu Öydülmüşə vəsiyyəti" başlıqlı nəsihətləri, Toğrul Mahmudlunun "Tariximizdə Sultanovlar izi" və Ülviyyə Rəhmanın "Füyuzat"ın nazir yazarı Əliağa Həsənzadə" adlı tarixi araşdırmalarını oxuya bilərsiniz.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!