Yavuz Bülənd Bakilərin həyat hekayəti

 

Mənim dədələrim Qarabağın Ağdam köyündən Türkiyəyə köç etmişlər. Sivasın Gürün ilçəsində, Çarşıbaşı məhəlləsində vəfat edən və orada, bir təpə üstündə gömülən atamın dədəsi, 110 sənə yaşamış. İmzasını: «Hacı Mahmud əl Qarabaği», -  deyə atıyormuş. İştə o dədəmizin tutmuş olduğu soy şəcərəmizə görə, mən 11 göbək ötəmizdəki dədələrimi biliyorum. Əldəki qeydlərə görə bilinən ilk dədəmiz: Hacı Əli Murad və onun oğlu Hacı Əli Fərəhşad Qarabağda doğulub yaşamışlar və orada vəfat etmişlər.

İmperialist Çar orduları Azərbaycana girincə orada şiə-sünni ayrılıqlarını düşmənlik halinə gətirmişlər. O qədər ki, eyni millətin və eyni dinin mənsubları, rus oyunlarına gələrək bir-birlərinə adəta hasım (düşmən) duyğularla baxmaya başlamışlar. Azərbaycanın birliyini, bərabərliyini, huzurunu adəta çarmıxa gərmişlər. İştə o qardaş qovğaları əsnasında, sünni inanc içində yaşayan mənim dədələrim, Osmanlı dövlətinə sığınmaq məcburiyyətində qalmışlar. Qarabağdan qalxaraq Türkiyəyə köç edən dədəmin ismi Məhəmməd Sabirdir. O dədəm, Türkiyəyə köçüncə, yaxınlarıyla birlikdə Maraş şəhərinə yerləşmişlər. Atamın anlatdığına görə, Məhəmməd Sabir dədəm şairmiş. Münacatı və Nəəti varmış. Hacı Əli Fərəhşadın oğlu olan Məhəmməd Sabir Maraşda yaşamış və orada ölmüş. Ancaq, şimdi mən, onun nə məzarını biliyorum, nə də əlimizdə o şair dədəmin şeir dəftərindən bir səhifə var. Köçlər əsnasında, qeyb olub getmişlər. Məhəmməd Sabirin vəfatından sonra, çocuqları (hər halda sükunət geri gəlmişdir düşüncəsiylə), təkrar Azərbaycana dönmək istəmişlər. Ancaq dövrün Osmanlı idarəsi, onları buraxmamış. O zamanlar, Ərzurum şəhərinə bağlı Toprakkala Köyünə iskan etmiş! Ailə fərdlərindən bir qismi Ağrıya, bir qismi Qarsa, bir qismi də Sivas şəhərimizə yerləşmiş. Bu dağılma birdən-birə olmamış. Zamanla gerçəkləşmiş. Şimdi də yaxın arkadaşlarımızın bir qismi Ankarada, bir qismi İzmirdə, bir qismi də İstanbulda yaşamaqdadır.

Mən, 23 nisan 1936 tarixində Sivasda doğulmuşam. Anam, ev xanımı olan Hayriyə Bakilərdir. Anamın yazması yoxdu. Oxuması isə çox zəifdi.

Anam tam 12 doğum yapmış. Sıra ilə həp bir qız, bir oğlan, bir qız, bir oğlan doğurmuş. Yəni anam 6 qız, 6 erkək çocuq dünyaya gətirmiş. Ancaq bu çocuqlar kiçik yaşlarda ölmüşlər. Şimdi həyatda üç qardaş varız. Ablam Şükran Orbay məndən beş yaş böyükdür. Erkək qardaşım Naci Bakilər isə məndən 10 yaş kiçikdir. Aramızda doğulan qız qardaşım Nuranı isə 14 yaşında ikən Malatya şəhrimizdə torpağa verdik.

Atam Cezmi Bakilər, əski ifadəylə Rüştiyyədən məzundu, çeşidli şəhərlərimizdə Nüfus müdiri olaraq hizmət verdi. Ədəbiyyata, tarixə və təsəvvüfə çox maraqlı bir kişiydi. Anam 1978 yılında, atam isə 1980 yılında vəfat etdilər. İkisi də Sivas torpağında sonsuzluq uyğusundadırlar.

Atam, zaman-zaman evə gec saatlarda gəlirdi. Yəni rəsmi görəvi bitdikdən sonra, arkadaşlarıyla buluşur, axşam yeməyini dışarıda yeyər, sonra onlarla birlikdə, saatlar sürən söhbətlərə girişirdi. İştə öyləsi gecələrdə, anam bir qaz lampası altında oturaraq, bəzən bir xirqə və ya atqı hörərək, bəzən də yırtılan corablarımızı yamayaraq atamı bəklərdi. Çocuqluğumda, mən həp yer yatağında yatardım. Yatağımı gətirib anamın yanına və ya arxasına sərərdim. Bana masal anlatmasını istərdim. Anamın səsi gözəldi. Anlatdığı masallar əksəriyyətlə türkülü masallardı. Mən o masalları və türküləri dinlərkən yorğanı başımın üstünə çəkərək ağlardım. Anam, ağladığımı bildiyi halda bilməməzliyə gəlirdi. Şimdi də mənim irəli dərəcədə bir həssasiyyətim vardır. Bu həssasiyyət iştə o illərdən qalmışdır.

Kastamonu əski millət vəkillərindən Yılanlıoğlunun qızıyla evliyəm: Ayşə Bakilər...Bir qız, bir oğlan atasıyam. Qızımın ismi: Aybala Tuğba. Oğlumun ismi Əmrah Məlikşah.

Azərbaycanda bir xitab şəkli olan Aybalanı, Türkiyədə isim olaraq qızına verən ilk adam mənəm. Məndən sonra, daha doğrusu, “Ovaq” kitabımı qızım Aybalaya ithaf edincə, bu isim yayılmağa başladı. Alparslan Türkeş də nəvəsinə Aybala ismini qoydu. Türkiyədə Aybalalar çoxalır. Bilməm, Azərbaycanda Aybala isimli qızlarımız varmı?

 

Məhəbbətlə Yavuz Bülənd Bakilər

Təqdim etdi: A.Turan


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!