Xalq yazıçısı Elçinin vəfatı ilə bağlı professor Yavuz Akpınarın Abid Tahirliyə məktubu
Möhtərəm Abid bəy! Elçin bəyin vəfatını öyrəndiyimdə çox sarsıldım, içimə hüzn çöktü. Onunla ilk tanışmamızı xatırladım. Məni onunla tanışdıran Anar bəy olmuşdu. İndi tam olaraq ilini xatırlamıram, amma 1977-1978 olmalı. Bir axşam məni Elçin bəyin evinə yeməyə dəvət etdilər. İçəri girib xoş-beş etdikdən sonra mükəmməl bir şəkildə hazırlanmış süfrəyə oturduq. Elçin bəy əlinə qədəhi alıb "Yavuz bəy, Azərbaycan millətçilərinin arasına xoş gəlmişsiniz!" deyincə donub qaldım. Sovet dönəmində böylə bir cümləylə söhbətə başlamaq nə deməkdi?
Sovet Azərbaycanına bir kaç kərə gedib-gəlmişdim. Artıq bəzi şeyləri qavramış, muhitə və duruma görə uygun davranmayı, konuşmayı öyrənmişdim amma "KGB-nin divarda da qulağı var!" sözü ağlımdan çıxmırdı. Azərbaycan ədəbiyyatı üzərində çalışırdım. Azərbaycana gedib-gəlməmi təhlükəyə atacaq bir şey söyləməməyə, aykırı bir şey yapmamaya çalışırdım. Zatən hər gəlişimdə viza alma işində bir çox zorlukla karşılaşırdım. Türkiyədən gedib-gəlmədə "MİT" (Milli İstihbarat Təşkilatı), Sovetlərə giriş-çıxışda KGB, zatən, məni epeycə sıkıştırır, üstümü-başımı arıyır, gətirip-götürdüyüm kitabları ələk-vələk edirdi. Bəzən epəycə qorxur, bir daha buraya gəlməyəcəyimi deyirdim, amma sonra hisslərim ağlıma qalib gəlir, yenidən yola düşürdüm...
...Elçinin sözünə nə cavab verim? - derkən bütün bunlar hızla ağlımdan gəlib geçti. Azərbaycanda "milliyyətçilikdən" böylə açıqca söz edildiyini ilk dəfə duyurdum. Sözlər tam mənim ürəyimcə idi, amma Sovet zamanı kimsə ilk qarşılaştığı adama böylə bir söz söyləməzdi. Nə yapayım? Bir tərəfdən sevinmiş, bir tərəfdən şaşırıb qalmıştım. Anar bəyi ailəsiylə tanıyırdım. İlyas Əfəndiyev haqqında epəycə məlumatım vardı. Bu açıdan baxınca bu sözü deyən insanın səmimiyyətindən şüphə edəməzdim, amma Elçin bəylə ilk qarşılaşmamız idi. Qısa bir müddət səssiz qaldım. Nasıl cavab verəcəyimi düşündüm. Elçin bəyin söhbətə böylə başlaması, mənim haqqımda məlumat sahibi olduğunu da göstərirdi. Anar bəyin üzünə baxtım, həfif bir gülümsəmə, gözlərində sevgi parıltıları vardı. Bu bana açıq konuşma cəsarəti verdi.
Azərbaycanda başta Abbas Zamanov olmak üzrə bir kaç kişi xariç heç kimsəylə siyasi mövzularda, sosial, kültürəl, ədəbi konularda böylə açıq, səmimi bir söhbətim olmamışdı. Mənə Türkiyədəki Azərbaycan mühacirlərinin taleyi, əsərləri, ailələri v s. haqqında sorular sordular. Bildiyim ölçüdə cavablar verdim. Türkiyənin siyasi, kültürəl durumu, bəzi yazarlar v s. haqqında epəycə söhbət etdik. O gündən sonra Elçin bəyə də, Anar bəyə də duyduğum saygı və sevgi heç azalmadan davam etdi.
Sonrakı gedişlərimdə nasıl olduysa, Elçin bəylə pək qarşılaşmadım. O "Vətən" Cəmiyyətinin başına gəlincə, görüşmələrimiz yenidən başladı. Onun imkanı daxilində Cəmiyyət mənə Azərbaycanda qarşılaşdığım zorluklarda yardım ediyordu, ehtiyacım olan bir çox kitabı təmin edib verir və ya, Türkiyəyə göndərirdi. Mən də Elçin bəyə Türkiyədən istədiyi bəzi əsərləri göndərirdim. Heç unutmuram, Bakıda Elçin bəyə Rəsulzadənin "Dünya" qəzetində "Bir Türk Milliyyətçisinin Stalinlə İhtilal Hatıraları"ndan söz etmişdim. Çox ilgi göstərdi, göndərməmi istədi. Fotokopilərini göndərdim, o da Bakıda yayımladı.
2007 yılında bir kaç öğrəncimlə bərabər Azərbaycan mətbuat tarihi haqqında material təmin etmək için Bakıya gitmişdik. Kitabxanalarda ilk Azərbaycan qəzetlərinin dijital rəsmlərini çəkməmizə izin vermədilər. O zaman Baş nazirin kültürəl işlər üzərə yardımcısı olan Elçin bəylə, Abid Tahirli vasitəsi ilə görüşmə imkanı buldum. Azərbaycan qəzetləri üzərinə yüksək lisans, doktora tezləri yapdırmak istədiyimi, bunun için başda "Ziya" olmaq üzrə "İrşad", "Tərəqqi" kimi qəzetlərin dijital nüsxələrinə ehtiyacım olduğunu söylədim. "Çox iyi fikir, əlbəttə, yardımcı olurum", - dedi və onun sayəsində bir çox qəzetin dijital kopyasını aldıq. Böyləcə, öyrəncilərim "Şark-i Rus" və "İrşad" qəzetinin tam fihristini hazırladılar. Daha öncə də Yaqub Sevimli "Hayat"ın Səlçuk Türk Yılmaz isə "Şark-i Rus" qəzetinin fihristini hazırlamıştı. Maaləsəf, "Ziya", "Kəşkül" və diğərlərinin fihristlərini yaptırmaya imkanım olmadı. Amma o zaman Elçin bəy vasitəsi ilə əldə etdiyim bəzi bəlgələr Cəlal Ünsizadənin Türkiyədəki hayatı və fəaliyyəti haqqındakı araştırmamı tamamlamama imkan sağladı.
Elçin bəy "Vətən" Cəmiyyətində çalışarkən Türkiyəylə, İran türkləriylə yaxından ilişkilər qurdu, toplum olarak bir-birimizi daha iyi tanımamıza, bir-birimizə yaxınlaşmamıza hizmət etti. Türkiyəyə səfərlərində Azərbaycanı ləyaqətlə təmsil etdi. Onunla Çeşmə Bələdiyyə rəisi Nuri bəyin konuşmasını xatırlıyıram. Uzun-uzun Türk tarixindən, Yörük və Türkmən kültüründən, gələnəklərdən söhbət etmişlərdi. Elçin bəyin datlı, insanı ikna edən, qarşısındakını etkiləyən və həyəcanlandıran bir konuşma tərzi vardı. Nuri bəy heyranlıkla onu dinləmiş, "Ah, nə olaydı! Türkiyədə sizin kimi aydınlarımız olaydı!" - deyə iltifat etmiş, heyranlığını dilə gətirmişdi.
Elçin bəyi gələcək kuşaklar vətən və millətinə yaptığı hizmətlərlə, nəsilləri aydınlatıb tərbiyə edəcək bədii əsərləriylə tanıyacaq, sevəcəklərdir. Məkanı cənnət olsun, nur içində yatsın.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!