"Tanıdığım Adil Cəmil" şair-publisist Sərvaz Hüseynoğlunun uzun illər bir yerdə çalışdığı, bir həyatı bölüşdüyü, hər cəhətinə (istər həyatda, istər ədəbiyyatda) yaxından və dərindən bələd olduğu qələm yoldaşının poetik yaradıcılığına bir baxışdır. Kitabda A.Cəmil yaradıcılığına müxtəlif yönlərdən nəzər salınır, şairin poetik imkanları incələnir.
***
Tanınmış şair, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin "Sözün canı" kitabında nəsildaşı, qələm qardaşı və tələbə yoldaşı Adil Cəmilin poetik potensalı dəmir məntiq və təkzibolunmaz arqumentlərlə təhlilə cəlb olunur. V.Bəhmənli, yaradıcılığını yüksək peşəkarlıqla dəyərləndirdiyi A.Cəmilin əslində ədəbi portretini yaradır.
P.S. Mayın 14-də AYB-nin Natəvan klubunda "Vektor" Beynəlxalq Elmlər Akademiyasının prezidenti, d-r. professor Elçin İsgəndərzadənin təsis etdiyi və özünün şəxsən təqdim etdiyi "Şahmar Əkbərzadə" Beynəlxalq mükafatını alanlar sırasında tanınmış şair, manasşünas alim Adil Cəmil də olub. Redaksiya heyəti adından qələm dostumuzu təbrik edirik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!