XTNS-in “Azərbaycan” pavilyonunda “Poeziyanın səsi” adlı şeir axşamı olacaq

Aprelin 22-də Moskvadakı XTNS-in “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi ilə birgə təşkil olunan “Poeziyanın səsi” adlı şeir axşamı keçiriləcək.

 

AZƏRTAC xəbər verir ki, tədbirin təşəbbüskarı poeziyanı peşəkar və şəxsi həyatı ilə bağlı dərin hissləri ifadə etmək vasitəsi kimi qəbul edən həkimləri birləşdirən Poeziya Klubudur. Onun bütün iştirakçıları poeziyası mərhəmət, ümid və daxili harmoniya arzusu ilə dolu olan praktik həkimlərdir.

 

Şeir axşamında klub üzvlərinin ifasında orijinal əsərlərlə yanaşı, çağdaş şairlərin şeirləri də təqdim ediləcək. Tədbirin ab-havası musiqi müşayiəti ilə tamamlanacaq, qonaqlar və çıxışçılar arasında qeyri-rəsmi ünsiyyətlə başa çatacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!