Bolonyada “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib

Dünyanın ən böyük kitab sərgilərindən olan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində ölkəmiz xüsusi stendlə təmsil olunub. Sərgi günlərində Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimatı da baş tutub.

 

İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri stendi ziyarət edən qonaqlara kitabı təqdim edərək, onlara kitab haqqında geniş məlumat veriblər.

 

Qeyd edək ki, kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin memarı kimi Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti öz əksini tapıb. Kitab 10 xarici dilə tərcümə edilib və bir sıra xarici dövlətlərdə təqdimatı keçirilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!