Yazıçı Yaşar Bünyad vəfat edib

Yazıçı Yaşar Bünyad vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə yazıçı Azər Qismət məlumat verib.

Onun sözlərinə görə, Yaşar Bünyad müalicə üçün getdiyi Naftalan şəhərində bu gün vəfat edib.

Məlumat üçün bildirək ki, Əhmədov Yaşar Bünyad oğlu 10 noyabr 1956-cı ildə Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. İlkin yaradıcılığa şeirlə başlayıb. 2010cu ildən hekayələri Azərbaycan mətbuatında yayımlanmağa başlayıb. " İblis busəsi" romanı kitab şəklində geniş oxucu kütləsinə təqdim ediləndən sonra yaradıcılığına önəm verərək daha məhsuldar çalışmağa başlayıb. 9 hekayədən ibarət "Miqrant" kitabı "Çardaq yayımları" tərəfindən nəfis formada nəşr edilib.Daha sonra miqrantların həyatından bəhs edən "Azan gəmilər limanı" povesti Azərbaycan jurnalında ixtisarla çap olandan dərhal sonra kitab kimi oxuculara təqdim olunub və böyük uğur qazanıb. 2020 ci ildə "Bir qələm" nəşriyyat evi "Xoşbəxtlər arasında yaşamaq " adlı hekayələr kitabını çap edərək oxuculara təqdim edib. "Qoşalülə" hekayəsi "Ədəbi Azadlıq 2014" müsabiqəsində, "General" hekayəsi isə manera.az ədəbiyyat və mədəniyyət portalının 2014-cü ildə keçirtdiyi "Ən yaxşı hekayə" müsabiqəsində mükafata layiq görülüb.

2018 ci ildə "Hələ ki təyyarələr uçur" hekayəsi Xalq yazıçısı Mir Cəlal Paşayev adına Beynəlxalq hekayə müsabiqəsinin qalibi seçilib.

2019 -cu ildə Azərbaycan Yazıçılar Birliyinin aparıcı mətbu orqanı olan "Ədəbiyyat qəzeti"nin təsis etdiyi Əli bəy Hüseynzadə adına mükafatının laureatı olub. 2022 -ci ildə "Kulis.az" saytının "İlin hekayəsi " müsabiqəsində "Quşlar qayıtdısa" hekayəsi ikinci mükafata layıq görülüb .Azərbaycan Yaradıcılıq Fondu yazıçını ""2022 -ci ilin Ədəbyyat adamı" mükafatına layiq görüb.

Hekayələri müxtəlif illərdə "Azərbaycan" , "Xəzan", "Yazı", Gürcüstan YB Azərbaycan şöbəinin "Körük" ədəbi-bədii jurnalında, AYB nin həftəlik "Ədəbiyyat qəzetində", "Literaturnıy Azerbaydjan" jurnalında çap olunub.

 

Allah rəhmət eləsin


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!