Beynəlxalq Muğam Mərkəzində şairə Tamilla Axundovanın yaradıcılıq gecəsi keçirilib

Martın 7-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan, Rusiya və Moskva Yazıçılar Birliyinin üzvü, ali kateqoriyalı həkim, şair və publisist Tamilla Axundovanın yaradıcılıq gecəsi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, gecənin proqramında onun poeziyası, eləcə də tanınmış aktyor və musiqiçilərin ifasında müəllifin şeirlərinə yazılmış musiqi əsərləri səsləndirilib.

 

Yaradıcılıq gecəsində Bakı Slavyan Universitetinin professoru, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru, respublikanın əməkdar jurnalisti Flora Naci, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina, Azərbaycanın əməkdar artistləri – Bella Safina, Şölə Səfərəliyeva və Maqsud Məmmədov, bəstəkar və ifaçı Sevinc İbrahimova, “Yuğ” Azərbaycan Dövlət Teatrının aktrisası Günəş Teqin, Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Məmmədova, Azərbaycan Dövlət Akademik Dram Teatrının rejissoru və aktrisası Fəridə Nesterenko, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Yuliya Heydərova, bəstəkar və pianoçu Murad Muradov, qiraətçi Umar Qasımov, musiqiçilər – Şükufə Rəsulova, Gülnar İrşadi, Aytən Əliyeva, Intizam Qasımov, Xəyal Şərifov və Toğrul Qasımov və OCAG qrupu iştirak ediblər.

 

Tədbirdə Azərbaycanın Xalq rəssamı Fərhad Xəlilovun əsərləri də nümayiş olunub.

 

Yaradıcılıq gecəsinin direktoru Fəridə Nesterenko, yaradıcılıq prosesinin məsləhətçisi Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədovadır. Dizayn və tərtibat - Bəhram Xəlilova, vizual dizayn Timur Əmirxanova məxsusdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!