Əsrin günəşi - Xalq şairi Nəriman Həsənzadənin Prezident İlham Əliyevin doğum günü münasibətilə şeiri

Cənab Ali Baş Komandan, halaldı sizə,

Rahat nəfəs almaq üçün vardır haqqınız.

44 günü siz yazdınız tariximizə

Hər əsrdə günəş kimi doğacaqsınız.

 

Dünən Qalib Sərkərdəni xalq alqışladı,

Mən gördüm ki, növbədədi söz də, ülfət də.

Baş Komandan harda durub: ordan başlayır,

Bu dünyaya ilk xəbər də, müraciət də.

 

Sən azadsan, əziz Şuşa! - onun səsiydi,

Vurğusu da, nidası da yadda qalırdı.

Festivalda işğalçının məhkəməsiydi,

İlk dəfəydi əsir dağlar nəfəs alırdı.

 

Dünən yarış keçirirdi bu qonşu xalqlar,

Biriydilər xeyirdə də, hələ şərdə də.

Belə sevinc görməmişdi Şuşada dağlar,

Üzlərdə də, gözlərdə də, ürəklərdə də.

 

Filankəsi, filankəsi dağlarda gördüm,

Paytaxtın ilk qonağıydı Şuşada onlar.

Üzeyri də, Bülbülü də mən orda gördüm,

Festivalda yarışlara qoşulmuşdular.

 

Ulu Öndər Şuşa, - deyə nitq eləyirdi,

Vətən, ana həsrətidi Şuşa həsrəti.

Xoşbəxtəm ki, oğlu İlham belə deyirdi

Mən yerinə yetirmişəm bu vəsiyyəti.

 

Cənab Ali Baş Komandan, halaldı sizə,

Rahat nəfəs almaq üçün vardır haqqınız.

44 günü siz yazdınız tariximizə

Hər əsrdə günəş kimi doğacaqsınız.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!