Ata vəsiyyəti - ANAR

İlham Əliyevin Prezident seçkilərində parlaq qələbəsinə ithaf olunur

Atam, anam, xalqım, vətən,

Sizinlə yaşayram mən.

Düşünürdüm axşam-səhər

Necə edək çalaq zəfər.

 

Qorumaqçün doğma yurdu

Qurmalıyıq güclü ordu.

Xalqımın əzmi, qüdrəti

Bizə verdi bu cürəti.

 

Bitdi qırx dörd gün içində

Düz otuz ilin həsrəti.

Necə xoşbəxtəm indi mən

Doğruldu Ata vəsiyyəti.

 

23 saat ərzində

Düşməni edərək bərbad

Qarabağı qarış-qarış

Xilas etdik, oldu azad.

 

Şəhidlərin, qazilərin

Qanları qalmadı yerdə

Canilər Bakıya gəldi

Əlləri, qolu zəncirdə.

 

Arzumuza çata-çata

Azad, gözəl Şuşamıza

Sən də bizimlə gedirsən

Ulu Öndər, əziz ata...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!