Xalq yazıçısı Anar Prezident İlham Əliyevi - təbrik etdi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

   

Hörmətli İlham Heydəroğlu!  

Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi öz adımdan, ailəm və yazıçılar adından ürəkdən təbrik edirəm. Sizin qələbəniz – müstəqilliyimizin, sabitliyin, xalq birliyinin, gələcək sağlam inkişafımızın qələbəsidir. Əgər Sizin rəhbərliyinizlə  44 günlük savaşda  işğal olunmuş torpaqlarımız azad  edildisə, 23 saatlıq antiterror əməliyyatında iki yüz illik ağrılı problemə son qoyuldu. Bu tarixi xidmətlərinizi xalqımız heç vaxt unutmayacaq.

2003-cü ildən bəri bütün  Prezident seçkilərində  Sizə  səs vermişəm. Ömrüm vəfa etsə, gələcək seçkilərdə də  Sizə səs verəcəyəm.

 Bir daha təbriklər!

 ANAR

 Azərbaycan Yazıçılar Birliyinin Sədri

 8 fevral 2024

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!