Səlim BABULLAOĞLU
Atası George Koman/Gheorghe Coman pravoslav keşişiydi. Sovetlərlə yanaşı, bütün Şərqi Avropanı da pəncəsi altında əzən Stalin rejimi və kommunist ideologiyasının tüğyan etdiyi dovrdə gizlin-aşkar moizələr oxuyur, isti pal-paltar qoyulmuş çantası həmişə yanında hazır vəziyyətdə olurdu; hər an - gündüz, ya gecənin istənilən vaxtı onu da başqaları kimi apara bilərdilər. 37-ci ilin ağır sınaqlarını yaşamış azərbaycanlılar üçün bu, tanış hadisəydi. "Xalq duşməni" damğasıyla dəfələrlə həbs olunan keşiş Koman sonuncu həbsindən azad ediləndən bir necə gün sonra, 1964-cü ildə təsaduf və qəza nəticəsində həlak olmuşdu...
Atasının həbsdə yatdığı dovrdə, 1958-1959-cu illərdə sinif yoldaşları ilə öz aralarında "şeir və qulağa ən xoş gələn təxəllus yarışması" kecirərkən, 16-17 yaşlarındakı Otilia-Valeriya Koman / Otilia-Valeria Coman (ailə qurandan sonra isə Rusan) qafiyəli "Ana Blandiana" adını uydurur, bu adı yarışma üçün qoşduğu bir necə şeirində uğurla istifadə edir, qalib gəlir. Qalib gəlmiş iki şeirini Klujdakı "Tribuna" jurnalına gondərir. Şeirlər bəyənilir, dərc edilir. Amma təxəllusun nə demək olduğunu yaxşı anlamayan və qorxu hissi kecirən Otilia-Valeriya redaksiyaya etiraf və üzrxahlıq məktubu yazır, həqiqi adını açıqlayır. Klujdan Oradyaya (Oradea - Rumıniyanın Macarıstanla şimal sərhədindəki kiçik şəhərdi), Otilia ilə goruşə gələn jurnalın baş redaktoru balaca şairəyə: - Qoy bundan sonra adınız elə Ana Blandiana olsun, - deyir. İlk baxışdan hər şey əla görünür.Amma düz iki həftə sonra hadisədən xəbər tutan şəhər hakimiyyəti Rumıniyanın o vaxtlar mövcud olan irili-xırdalı 1000-ə yaxın qəzet və jurnalına eyni məzmunda bir məktub gondərir: "Diqqətinizə çatdırırıq ki, hal-hazırda həbsdə olan xalq duşməni George Komanın qızı "Ana Blandiana" adı altında gizlənir və bundan sonra onun əsərləri çap olunmamalıdır". Otuz ildən də artıq bir vaxt kecməliydi ki, Ana Blandiana başına gələnlərin gizlin təfsilatından xəbər tutsun; məlumatın yer aldığı arxiv sənədləri (Yaş/Iaşi şəhərinin arxiv toplusu)
1989-cu ildə dərc olunacaqdı...
Qəribədir, amma xanım Blandiana dünyada təqiblərlə uzləşmiş şairlərdən, bəlkə də, yeganəsiydi ki, yeniyetməykən (hətta uşaqkən də deyə bilərik) şeirlərindən əvvəl adına, təxəllusunə qadağa qoyulmuşdu; vur-tut iki şeiri çap olunmuş şair tanınmasa da, o dövrün ədəbi cameəsi bu qadağan olunmuş imzanı, balaca qızı - təxəllusu tanıyır və bilirdi.
Görünür, "Poeziyanın şahidliyi" essesində "uşaqlıq dovrundə yaşanmış ani bir xoşbəxtlik, yaxud ani bir dəhşət gələcəkdəki individuallığı əvvəlcədən muəyyənləşdirir" deyə yazan və XX əsr dünya şeirinin nəhənglərindən sayılan Çeslav Miloş haqlıydı.
Tale və ədəbi məziyyətləri etibarilə Ana Blandiananın sələfi saya biləcəyimiz Çeslav Miloş onu da yazırdı ki, şair Allahdan qorxmalı, öz olkəsini və ana dilini sevməli, yalnız vicdanına soykənməli, şərlə ittifaqdan qaçmalı, ənənə ilə bağlarını qırmamalıdır.
Ana Blandiananın həyatı və yaradıcılığı sanki bu düsturda cəmlənib.
1964-cü ildə Rumıniyada bir yumşalma dövrü başlayır ki, bizə - keçmiş sovet coğrafiyasında yaşamış insanlara da bu dövr "Xruşşov ilıqlaşması" kimi tanışdır. 1 il sonra Çauşesku hakimiyyətə gəlir; ilk dovrlərdə Qərbin kommunist diktator Çauşeskuya rəğbəti vardı ki, 1968-ci il Praqadakı məlum hadisələr baş verəndə Rumıniyanın bu proseslərə qarışmaması həmin rəğbəti artırmışdı da. 1964-1972-ci illər asudəlik və rahatlıq dövrü, "hər şeyin yaxşıya doğru getdiyi dövr" kimi yad-da qalır. Əlbəttə, bu "yaxşı" kommunizmdə nə qədər mümkün ola bilərdisə, elə o qədərdi.
Həmin dovrdə Ana Blandiana ailə qurur və nəşr olunmağa başlayır. Artıq beşinci kitabı nəşr olunanda o, Rumıniyanın yeni ədəbi nəslinin onculunə, "klassikə" çevrilir. Rumın ədəbiyyatının "60-cılar" nəslinin bir çox gorkəmli numayəndələri məhz həmin dovrdə parlamağa başlayır.
"Xalq duşməni"nin qızı kimi 5 illik repressiya və ilk qadağa geridə qalmışdı.
Blandiana bu dovrdə həm də "Amfiteatr", "Çağdaş"/" Contemporanul", "Rumın ədəbiyyatı" jurnallarında çalışır və bəzi dərgilərdə daimi koşə və rubrikaların sevilən muəllifinə çevrilir.
Amma bu, qətiyyən o demək deyildi ki, həmin illərdə Blandiana və onun kimi başqa muəlliflər rumın kommunist senzurası ilə üzləşmirdilər.
1984-cü ildə vəziyyət kəskin dəyişir. Həmin ilin sonlarında "Amfiteatr" avanqard tələbə jurnalında redaksiyanın xahişi ilə şairənin dörd şeirdən ibarət poetik silsiləsi dərc olunur. Bir qədər təhrikci, təxribatcı səciyyəli həmin şeirlər o intellektual-ruhi vəziyyəti ifadə edirdi ki, "qıcıqlanmış, alçaldılmış, qəzəblənmiş və umidsizləşmişdi, utanc və üsyan birləşmiş, yeganə xilas yolu kimi apokaliptik ovqat yaratmışdı".
Bu şeirlər II Dünya muharibəsindən sonra rumın poeziyasında ən kəskin və birbaşa sənət hadisəsiydi. XX əsr rumın poeziyasında ilk "samizdat"1 numunəsi kimi ayrıca fəsil olan bu şeirlərin gizlincə üzü köçürülür, əl-əl gəzir, o vaxta qədər Rilke, Dikinson kimi metafiziki, vizioner, yaxud Mihay Eminesku kimi romantik duruşu olan muəllifinə, şairəyə postmodernist dillə danışan obraz qazandırırdı. Çauşesku rejiminin ittihamı və rentgen şəkli olan şeirlər bütün xalqın dərindəki susqun üsyanının hayqırtısı idi. Bu şeirlərin nəşrini təkcə muəllifin deyil, həmcinin redaktor və jurnal əməkdaşlarının da mubarizəsi, üsyanı kimi qiymətləndirmək olardı. Jurnalın həmin sayı Yeni il oncəsinə, guya senzuranın az sayıq olduğu dovrunə təsaduf etsə də, cəza özünü çox gozlətmədi, jurnalı bağladılar, rəhbərliyi işdən azad etdilər, şairənin əsərlərinin nəşrinə muvəqqəti qadağa qoydular. Şairənin ikinci qadağa dövrü belə başladı.
Təsir əks-təsirə bərabərdi. Şeirlər böyük şohrət tapdı. Bütün xalqın manifesti kimi qəbul edildi. Hətta oxucular dörd poetik numunədən biri olan "Hər şey" şeirinin davamını yazmağa başladı və şeiri diktatorun rəhbərliyi ilə yaşanan gundəlik həyatın absurd və kuryoz dolu təfərruatları ilə zənginləşdirdilər.
Qərb mətbuatı, xususən Böyük Britaniyanın dünyaca məşhur "The İndependent" nəşri şeirə özünün bir bütöv səhifəsini ayırdı ki, bu o vaxtadək gorunməmiş bir hadisə idi. "Hər şey" şeirindəki ilk baxışdan adi gorunən sadalamanı Kevin Cons və Andrey Brezianu geniş şərh etmişdilər. "Hər şey" şeiri büsbütün və yalnız rumınlara tanış rəmzlərdən, eyhamlardan ibarətdi. Diktator Çauşeskunun çıxışları zamanı tez-tez təkrarladığı, hətta az qala, 50 dəfə təkrar etdiyi bir deyim, bir sual vardı:
"Biz hər şeyi edə bilərikmi?"; yaxud "Biz hər şeyi bacararıq!"... Əslində, söz sırası, sadalamasıydı bu şeir - rumınların "hər şeyindən" danışan söz sırası. O söz sırasında nələr yoxdu? Rumın televiziyasının alçaqboylu Çauşeskunu uzunboylu gostərməsinə işarə, kommunist rejimin fəxr etdiyi, qürurlandığı paytaxt "Styaua" komandasının qələbəsi, yerli istehsal olan sərinləşdirici içki və dərman, guya Rumıniyanı, əslində isə, diktatoru vəsf edən mahnı-şeir musabiqəsi... hətta hər bir uşağın və yeniyetmənin arzusu olan "Adidas" idman ayaqqabıları ki, əslində qida qıtlığı, gecədən səhərə qədər uzanan ət novbələrində rumınlara satılan, cüt-cüt təklif olunan donuz ayaqlarına eyham (musahibələrinin birində xanım Blandiana bunun məhz belə olduğunu sonradan oyrəndiyini soyləyirdi, çünki adamı alçaldan"ət novbələrində" dayanmamaq üçün o, həyat yoldaşı Romulus Rusan ilə həmin dovrdə əsl vegeterian həyat tərzi keçirirmiş)...
Şeirin işarə etdiyi ən dəhşətli məqam isə paytaxt Buxarestdə, Qələbə prospektində vaxtilə Rumıniya xüsusi xidmət orqanı olan "Securitate"nin "hamı izlənir, nəzarətdədir" duyğusu yaratmaq və əhalinin canına qorxu salmaq üçün uşaq evlərindən götürülmüş, xüsusi olaraq təlim görmüş yeniyetmələri hərəkətsiz dayanmaqla prospekt boyunca duzməsi (haqda) idi. Silsilədəki şeirlərin daha biri isə "Uşaqların səlib yürüşü" adlanırdı. Kommunist rejiminin yazılmamış qanunlarına gorə, Rumıniyada hər bir qadın minimum 4 uşaq doğmalıydı. Abort qadağan olunmuşdu. Bu işi gizli gorən həkimlər ciddi şəkildə cəzalandırılırdılar. Şeir "qadınların bətnindən onların razılığı olmadan çıxan uşaqların yürüşü" barədəydi.
Bu silsilə "amansız" hermetik zarafat, sarkazm idi, əslində. "The İndependent"in 1985-ci ildə özünün bir səhifəsi boyunca dərc etdiyi şərhindən Ana Blandiana 1989-cu ildə xəbər tutmuşdu. Vəziyyəti yungulləşdirən yeganə "xilas kəməri" şairənin iki il əvvəl layiq görüldüyü nüfuzlu "Herder" mükafatı, beynəlxalq intellektual ictimaiyyətin dəstəyi, alman və italyan ədiblərinin onun mudafiəsinə qalxması oldu ki, bu da Çauşesku rejimini xeyli "yumşaltdı". Bu şeirlərlə öz üslubunu kokundən dəyişmiş Ana Blandiana öz poeziyasına xas əvvəlki estetikadan uzaqlaşmış, adi, banal danışıq dilinə, tərzinə keçmiş, anti-lirik, anti-metaforik, anti-simvolik pozisiya tutmuşdu; bununla da sonradan rumın poeziyasındakı postmodernist hərəkatı və nəsli - Mirça Kerteresku, Boqdan Qiu, Florin Yaru və İon Stratanı qabaqlamışdı. Con Kennedinin böyük Amerika şairi Robert Frostla bağlı nitqində soylədiyi sozlər yada düşür: "Hakimiyyət pozanda, dağıdanda poeziya təmizləyir, birləşdirir... Çünki poeziya gücü ozundən qoruyur".
Sonrakı illərdə Ana Blandiana bir az "ədəbi ufuqdən" itir, daha çox uşaqlar üçün yazmağa başlayır. Amma burada da onu üçüncü repressiya, qadağa gozləyir. Uşaqlar üçün yazdığı və diktator vərdişlərinə sahib pişiyi haqda şeir (və başqa parodik uşaq şeirləri) rejimin qəzəbinə tuş gəlir, onların səbir kasasını daşdırır. Artıq Çauşesku rejiminin son dövrü idi, 1988-1989-cu illərdi, qəzəb və təkəbbur də qeyri-şüuri şəkildə qatılaşmışdı Öz-ozluyundə "pişik" ziyansız heyvan və sözdür. Amma bunun arxasında rumınlar arasında məşhur olan bir hadisə yatırdı. Belə ki, Buxarest şəhərində böyük söküntü işləri getdiyi vaxt sokulməli binaların sırasında XVI əsrə aid memarlıq abidəsi - zirzəmisi siçan-siçovul, deməli, pişiklərlə dolu "Brınkovaneska" xəstəxanasının binası da vardı. "Sökülsün-sokulməsin" qərarını vermək üçün öz böyük və qara dobermanı ilə oranı ziyarət edən Çauşeksu xoşagəlməz hadisə yaşayır. Nə qədər böyük olsalar da, pişiklər itləri qorxuda, hurkudə bilir. Xəstəxana zirzəmisinin siçanlarla bəslənmiş balaca pişiklərindən biri iti qorxudur və kopək də onu saxlayan polislə birlikdə qaçmağa məcbur olur.
Ora toplaşanların qeyri-ixtiyari guluşunə səbəb olan bu hadisəni diktator şəxsi təhqir kimi qəbul edir, elə o anda da sokulmə qərarını verir. Şeiri həmin hadisəyə eyham kimi qəbul edən rejim funksionerləri düz yarım gün ərzində kitabxanalardanAna Blandiananın kitablarının yığışdırılması, məhv edilməsi əmrini verir. Şairənin evi nəzarətə götürülür, telefonları və evi dinlənilməyə başlayır. Hətta evinə gəlmək istəyən qohumları və dostları belə yoldan qaytarılır. Bütün bunlar haqqında şairə "Manipulyasiya haqqında yalançı traktat" adlı prozaik əsərində təfərruatı ilə və təsirli bir dildə yazır. Və musahibələrinin birində deyir ki, təbii, mən anlayırdım, bütün bunlar həm də başqalarını qorxutmaq və dərs vermək üçündü.
Sonuncu repressiyanın ömrü 1989-cu ilin dekabr ayının sonuncu həftəsində bitir. Diktatorun edamından sonra şairənin uzərindən rəsmi olaraq qadağa götürülür. Bir də eyhama və "Ezop dili"nə ehtiyac qalmır. Hərcənd sonrakı illərdə Blandiananın rejimə qarşı açıq mubarizə aparmadığını soyləyənlər, muhacirət etmədiyinə gorə qınayanlarda tapılır. Amma Blandiana "Miloş düsturunun" bütün "bənd"lərinə əməl etmiş, bu kitaba da daxil etdiyimiz "Küknar" şeirində təsvir etdiyi "ağlayan, hıçqıran və yerindən tərpənməyən" ağac kimi həmişə "mən evdəyəm" demişdi. Birbaşa üsyan etməməsinin "günah hissi" də onu rahat buraxmır. Bəlkə, elə bu səbəbdən şairə diktaturanın yıxıldığı, azadlığın bərqərar olduğu dovrdə "sozləri əşyalar və əməllərlə birləşdirmək", "günahını yumaq" qərarı verir. Artıq dünya şohrəti qazanmış şairə sonrakı 10 il ərzində tarixi ədaləti bərpa etmək, qanunlara və insan haqlarına əməl etmək uğrunda mubarizəyə qalxır, kəskin, birbaşa yazılar yazır, həyat yoldaşı, yazıçı, publisist Romulus Rusanla təsis etdikləri "Vətəndaş Alyansı"nın işləri ilə məşğul olur, Sigetu Marmatsia şəhərində yerləşən, əvvəllər siyasi həbsxana kimi tanınan yerdə Kommunizm Qurbanları və Muqavimət Memorialını - muzeyi (Memorial daha əvvəl passiv də olsa YUNESKO-nun cətiri altında mövcud olub) yaradırlar. Bu illəri Ana Blandiananın şairə kimi susqunluq, yaxud çap olunmama, bəzi rəqiblərinin dediyi kimi, yazmama dövrü də hesab edənlər var. Təbii, bu belə deyildi, minilliklərin qovşağında, ta gunumuzə qədərki dovrdə şairənin yeni və əski şeirlərindən ibarət 16 şeir toplusu işıq üzü görür. Onların arasında "Məlum mövzuda variasiyalar" şeir toplusu xüsusi onəm daşıyır. Titul vərəqindəki ilk qeyd belədir: "R.-yə ithaf " (yəni, Romulusa ithaf). 56 il birgə yaşadığı ərinə, silahdaşına və həmkarına ithaf etdiyi bu 59 şeir - "ağılar, mərsiyələr" - bizə gorə isə Blandiananın ən yuksək və xalis poetik mətnləri haqqında muəllif özü belə deyir: "Məhəbbət və ölümün insanları ayıra bilməməsi haqqındadır bu şeirlər. Kitablarımın ən metafizikidir". Çox qəribədir, illər əvvəl elə bu məqalədə adını cəkdiyimiz "Uşaqların səlib yürüşü" şeirini yazmaqla "abort qadağasına" qarşı çıxan (ilk baxışda sanki ailə institutuna qarşı çıxan) şairə elə ailəyə, qadın-kişi sevgisinə XX-XXI əsrlərin ən böyük poetik, dürüst, səmimi abidəsini qoyur. Bütün şeirlərdə dərin hüzn və ağrıyla yanaşı, ölumlə barışmamaq da var. Yox, bu, asilik deyil, bu, ölümün ənənəvi dərkinin inkarıdır... Hərcənd xanım Blandiana 2016-cı ildə dekabrın 9-da öz facebook səhifəsində, ərinin olumundən bir gün sonra bu sozləri yazmışdı: "Yarım əsrdən artıqdır ki, sevdiyim və sevgisi olmadan sağ qalmayacağım ərim Romulus Rusanın ölümünü elan edəcəyim heç vaxt ağlıma gəlməzdi..." Şairə sohbətlərinin birində deyir: "Məncə, əvvəl şeirləri, şeiri yazırlar, sonra onu kitaba çevirir, toplayırlar. Mən şəxsən əvvəlcə şeiri yazıram, əlbəttə, Allah icazə verəndə. Amma kitab hazırlamaq, bu, kərpic duzmək kimi bir şeydir, bunun üçün xüsusi daxili rahatlıq lazımdı..."
Həyat yoldaşının vəfatından sonrakı iki il (daha az vaxt) ərzində şairə bu şeirləri "birnəfəsə" yazıb, yarasının qanı axa-axa. Bunu 59-dan 31-ni bu kitaba daxil etdiyimiz şeirlərin hamısında ("yoxluqda varlığı" göstərmə ustalığıyla) bütün təzahuru ilə aydın sezmək olar. Bizim "Məlum mövzuda variasiyalar" kimi tərcumə etdiyimiz kitabın adının hərfi tərcuməsi "Tapşırıq uzrə variasiyalar"dır. Görünür Allahın icazəsi ilə "daxili tapşırıq" birəbir üst-ustə düşübmüş. Siyasi proseslər, rejimlər, diktaturalar, sistemlər gəldi-gedərdi. Amma bu "gəldi-gedərliyin" fanilik və əbədiyyətlə heç bir əlaqəsi yoxdur; necə ki, "qatillə" "mahir atıcının" əlaqəsi yoxdur.
Ana Blandiana əbədiyyət(l)ə işləyən böyük şairədir. Bunu onun bir çox şeirlərində ( siyasi-ictimai mundəricəli, yaxud azı əvvəl bəhs etdiyimiz "ağı və ithaflar"ından kənardakı irsinə baxaraq da) gormək olar. Ağacdan, cicəkdən, otdan, quşdan, əşyalardan bəhs edən şeirləri var Blandiananın. Bütün bu şeirlərdə predmeti dəqiq bilmək və gostərmək bacarığı, yüksək zəka və biliklə yanaşı, bir şey adamı təəccubləndirməyə bilmir. Necə olur ki, bu mövzular qəfil, heç gozləmədiyin yerdə səni, oxucunu metafizik qata çıxarır və bu qəfillik çox rahat baş verir? Necə olur ki, "Uzun "A"" şeirindəki belə bir əqli nəticəyə gəlir şairə:
Çünki bilmirəm
hansı qafiyələnmiş misra
ağrının sirrini
onun qədər faş edib -
həmin asi sait qədər...
Görünür, məsələ çoxlarının yanlış olaraq şairin aləti hesab etdikləri "söz"dədir; görünür, Ana Blandiana sözün-mənanın onu alətə çevirdiyi zaman yazır. Əks-təqdirdə, bir başqa şeirində o belə yaza bilməzdi: "İcazə verin, mən də şairlərin gəmisinə qalxım zamanın dalğalarını qabaqlayaraq..."
Yalnız böyük şairlər şeirin "itirilmiş, xərclənmiş zamanın" yenidən bərpası cəhdi olduğunu bilir və hiss edirlər.
Sözardı:
Kitabı tərtib edərkən (və şeirləri tərcümə edərkən) həm mən, həm də həmkarım, rumın ədəbiyyatı mütəxəssisi, tarix və filologiya üzrə fəlsəfə doktoru J.İsmayıl Ana Blandiananın "Üçüncü sirr" (1969), "50 şeir " (1970), "Oktyabr, noyabr, dekabr" (1972), "İşıldaquş gözləri" (1981), "Şikar ulduzu"(1985), "Günəşdən sonra" ( 2000), "Məlum mövzuda variasiyalar" (2018) və b. kitablarına müraciət etdik, həmçinin elə bu məqalədə haqqında geniş danışdığımız "Amfiteatr" jurnalındakı (1984) silsiləyə daxil edilən 4 şeirini seçdik ki, fikrimizcə, şairənin zəngin poetik yaradıcılığının əsas 3 səciyyəsini - metafizikliyini və təbiətlə bağlılığını, lirizmini, ictimai-siyasi məzmunu bütün toplu boyu görmək mümkün olacaq.
Ana Blandiananın yaradıcılığına Azərbaycan dilində ilk müraciətlər 1979 və 1991-ci illərdə bir neçə şeirlə ("Ədəbiyyat və incəsənət" qəzetində və "İnadkar sətirlər" antologiyasının nəşri zamanı) olub. Sonradan "525-ci qəzet" (2019), "Kaspi" qəzeti (2019), "Ədəbiyyat qəzeti" (2020) və "Dünya ədəbiyyatı" dərgisində (2022) şairənin şeir, hekayə və esseləri dərc edilib.
Böyük şairənin orijinal "Məlum mövzuda variasiyalar" toplusundakı bir şeirinin misrası ilə adlandırdığımız hazırkı "İndi mən sənə ibadət edirəm" kitabı onun yaradıcılığına bu həcmdə və eyni zamanda rumın dilindən edilən tərcümələrin daxil edildiyi ilk anadilli müraciətdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!