"Biz havanı zəhərləyəcəyik ki, azərbaycanlı uşaqlar ölsün".
Azərbaycan torpaqlarını tərk edən erməni məktəblilər
- Uşaqlar, nə qədər ağır olsa da, biz bu gün həqiqəti deməliyik. - Müəllim qəmli-qəmli dilləndi.
- Müəllim, olar? - Robert Köçəryan ayağa durdu,- bağışlayın, müəllim, özünüz deyirdiniz ki, həqiqəti demək biz ermənilərə fayda verməz!
- Kimə deyirik həqiqəti?! Özümüzə! Özümüzə olar.
- Başa düşdüm, müəllim, başa düşdüm.
- 2 min ildi Kəlbəcərdə ermənilər yaşayır. Bura ən qədim erməni torpağıdı. Burda min il əvvəldən tikdiyimiz erməni kilsələri var.
- Müəllim, bəs Robert deyir ki, onlar Alban kilsələridir! - Serj Sərkisyan ayağa durdu.
Müəllim bərk hirsləndi:
- Qələt eləyir Robert də, sən də. Siz ikiniz də erməni deyilsiniz, albansınız, ruspərəstsiniz!
Robert yerindən sıçradı:
- Müəllim, biz də rusları sevmirik. Amma onların köməyindən faydalanmalıyıq. Bunun nəyi pisdi?!
- Atalarına dəysin, yaman kömək elədilər!
- 30 il əvvəl onlar alıb vermədi Dağlıq Qarabağla ətrafındakı 7 rayonu bizə?!
- Yekəbaş, bəs o qədər erməni əsgərinin ölümünü niyə demirsən?! İndi onlar artıb bir şəhərlik insan olmuşdular.
- Üüüüü... - şagirdlər yer-yerdən ağlamağa başlayır.
- Ağlayın, balalarım, ağlayın ki, ürəyiniz boşalsın! - Müəllim də oturub başını əlləri arasına aldı, - hö-hö-hö... - Ruslar bizi keçi qiymətinə satdı türklərə, balalarım. Düzdü, bu torpaqları Azərbaycandan onlar alıb vermişdi bizə. Biz Böyük Ermənistanın bir hissəsinə də qovuşmuşduq. O zaman minlərlə əsgərimiz həlak olmuşdu. Bir yığın insanımız köçüb gəlib burda xoşbəxt yaşayırdı. Amma rus öz xeyrinə görə...
- Müəllim, - Zori ayağa durdu, - rusların özlərinə nə xeyri olub ki, indi bizi torpağlarımızdan çıxarır?
- Oğlum, Balayan, rusun qoşunları Ermənistanda var?! Var! Moldovada var?! Var! Ukraynada var?! Var! Gürcüstanda var?! Var! Azərbaycanda niyə olmasın?! Ruslar bizi satdı və öz qoşunlarını da gərtirib tökdü Qarabağa.
- Müəllim, Azərbaycan elə güclüydü ki, ora rus qoşunlarını qoymamışdı.
- Onların bir prezidenti var idi, türkpərəst, əsl düşmənimiz, hakimiyyətə gələn kimi rus qoşunlarını qovdu.
- Ruslara ölüm! - Zori Balayan bağırdı.
Sinif bir-birinə qarışdı:
- Ruslara ölüm!
Müəllim sağ əlini qaldırdı:
- Ruslar bizim təzə düşmənimizdi, uşaqlar. Ananız sizə layla çalanda, deməyib ki, bizim əsl düşmənimiz kimdi?
- Məhv olsun türklər! - Silva tullanıb ayağa durdu. Bir xeyli vaxtı ətli bədəni silkələndi.
- Məhv olsun əbədi düşmənimiz türklər! - Sinif uğuldadı.
- Afərin, Silva Kaputikyan, afərin! - Müəllim yaxınlaşıb Silvanı bağrına basdı.
- Uşaqlar, biz rusların xəyanəti üzündən qədim erməni torpağı Kəlbəcəri tərk etməliyik. Bu monastrı görürsünüz?! Bizim babalarımız tikib onu ki, ermənilər Allaha ibadət eləsin. Ancaq indi 2 Min il yaşadığımız torpaqlardan bizi ruslar çıxarıb yerimizi yenidən verir Azərbaycan türklərinə. Ruslar bizi düşmənlə üz-üzə qoyub, xaincəsinə gözləmə mövqeyi tutdular, bizə kömək eləmədilər...
Sinfin arxa tərəfindən Zori qışqırdı:
- Ar olsun ruslara!
- Sağ ol, Zori Balayan! Sən əsl ermənisən! - Müəllim yaxınlaşıb onun başını tumarladı. Bu zaman bütün sinif ayağa qalxıb, yumruqlarını zərbə vururmuş kimi irəli atdı:
- Ar olsun ruslara!
Müəllimin birdən gözləri par-par parıldadı və var səsiylə bağırdı:
- Azərbaycan türklərinə ölüm!
- Azərbaycan türklərinə ölüm! - Uşaqlar bağrışdı.
- Gəlin, marş oxuyaq, - müəllim dedi, - mən oxuyacam, siz də sözlərimi təkrar edərsiniz. Bir-iki-üç, - Ar olsun ruslara!
Azərbaycan türklərinə ölüm!
Uşaqlar bağrışdı:
- Ar olsun ruslara!
Azərbaycan türklərinə ölüm!
Müəllim nə fikirləşdisə əlini qaldırdı:
- İkinci misranı gəlin qloballaşdıraq. Yəni:
- Ar olsun ruslara!
Türklərə ölüm!
Sinif bir xeyli əl çalıb, bağrışdı:
- Ar olsun ruslara!
Türklərə ölüm!
Müəllim uşaqlara təşəkkür etdi:
- Siz əsl Andraniksiniz ! Sağ olun! İndi isə son dərsimizi "İntiqam" adlı yazıyla başa vuracağıq.
- Kim deyə bilər Qafqazın ən qədim xalqı biz ermənilər Azərbaycan türklərindən necə intiqam ala bilərik?
Uşaqlar bir-birinin üzünə baxıb, fikirləşməyə başladı. Handan-hana Robert Köçəryan ayağa durdu:
- Müəllim, gəlin havanı zəhərləyək, türklər boğulub ölsün!
- Əla!
- Necə zəhərləyə bilərik, müəllim! - Serj Sərkisyan soruşdu.
- Otuz ilə yaxındı bu torpaqlarda, Azərbacan türklərinin qoyub getdiyi evlərdə yaşayırıq! Hər cığırı, hər dərəni, hər bulağı tanıyırıq.
- Müəllim, olar?
- Buyur, Silva.
- Bulaqları zəhərləyək, cığırları minalayaq, dərələrdə tələ quraq, evlərin girişində quyu qazaq. Azərbaycan türkləri bura gələndə yaşaya bilməsin, qırılıb getsin!
- Afərin, Silva Kaputikyan, afərin! Sən əsl Janna dArksan!
- Bəs məktəbimiz necə olsun, müəllim? - Robert həyəcanla soruşdu.
- Bu məktəb, düzünə qalsa Azərbaycan türlərinin məktəbidi. Kəlbəcəri məğlubedilməz Erməni ordusu alandan sonra biz burda dərs keçirdik. Amma insafdan olmaz biz erməni uşaqlarının təmiz, pak nəfəsi qalan sinif otaqlarını onlara qoyub gedək.
- Müəllim, söküb aparaq Ermənistana! - Zori atılıb durdu ayağa.
- Vaxt dardı, Zori, vaxt dardı. Görmürsən xain ruslar bizə noyabrın 25-nə qədər vaxt verib ki, Kəlbəcərdən çıxaq.
- Bəs neyləyək, müəllim?! - Silva göz yaşları içində soruşdu.
- Neyləyək?! - Müəllim mənalı-mənalı sinfə göz gəzdirdi.
- Neyləyək? - Uşaqlar həyəcanla gözlərini müəllimin ağzına zillədi.
- Mən dedikcə təkrar edin.
- Oldu, müəllim.
- Yan...
- Yan...
- dı...
- dı...
- raq...
- raq...
-Yandıraq! - Müəllim yumruğunu havaya atdı.
- Urra... yandıraq! - Uşaqlar bağrışdı.
- Necə yandıraq?! - Müəllim soruşdu.
- Necə?! - Uşaqlar təkrar etdi.
- Bizi düşmənimiz Azərbaycan türkləriylə üz-üzə qoyan hiyləgər rusların əliylə.
- Rusların?! - Silva mat-mat müəllimə baxdı. - İnana bilmirəm, müəllim.
- İnana bilərsən, Silva! - Müəllim inamla dedi.
- Axı rus bizə xəyanət edib, o bizə kömək eləməz, müəllim! - Zori dedi.
- Açın çantalarınızı.
Bir anda çantalar açıldı.
- Çıxarın "Rus dili" kitablarını!
"Rus dili" kitabı şappa-şap partaların üstünə töküldü.
- Cırın lənətə gəlmiş "Rus dili"ni!
Cırradan dərsliyi cırıb tökdü uşaqlar.
- Hər kəs vərəqləri alışdırıb partasının altına qoysun.
Partalar çarta-çart alışıb yanmağa başladı. Tüstü otağı bürüyəndə uşaqlar qaçıb çıxdı eşiyə. Artunyan çığırdı:
- Müəllim, bütün məktəb yanır...
- Yaşasın böyük Ermənistan!
- Yaşasın böyük Ermənistan!
- Ruslara ölüm!
- Ruslara ölüm!
- Məhv olsun türklər!
- Məhv olsun türklər!
- Müəllim, o nədi, türklər bizi yandırmaq istəyir, baxın! - Zori zarıdı.
- Aaaa... doğrudan. - Silva əlini saçlarına atdı.
- Aman, türklər bizi yandırmaq istəyir!
- Qorxmayın, uşaqlar, qorxmayın! Yanan Kəlbəcər meşələridi. Biz meşələri, kəndləri, torpaqları belə yandırırıq ki, türklərə heç nə qalmasın!
- Bəs hava?!
- Elə bu yanğınlarla havanı zəhərləyirik ki, türklər qırılsın!
21-22.11.2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!