Ədəbiyyat üzrə Nobel mükafatını alan 16-cı qadın şairənin məşhur "Gecə Köçü" - Luisa Qlük


Bu həmin andır,
hansı ki, yenidən Dağ külünün giləmeyvələrini
 və qaranlıq səmada quşların gecə köçünü izləyirsən

Ölülərin onları görməyəcəyini düşünmək,
məni kədərləndirir -hansı  şeylərə ki, etibar edirik
onlar yox olur.


Bəs  ruh təsəlli üçün nə edəcək?
Öz-özümə deyirəm ki,
bəlkə bu ləzzətlərə artıq ehtiyac duymayacaq;
bəlkə də, sadəcə mövcud olmamaq  kifayətdir,
çətin olan sadəcə bunu təsəvvür etməkdir.

Tərcümə: Nargis