Doğma Qarabağımıza qayıdırıq!

NARGİS

“Əlbəttə, Laçın da, Kəlbəcər də, bütün hamısını, hamısını qaytaracaqlar...” Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqımıza qələbə müjdəsi çatdıran bu sözləri qulaqlarımda təkrar-təkrar səslənir. Bu sözlərdən qəlbimə yayılan inam və iftixarla Naxçıvan şəhərinin mərkəzi küçəsi ilə addımlayıram...

Adətən, üzəvari bir qüssə gətirən sazaqlı-çiskinli payız bu dəfə Azərbaycan xalqına möhtəşəm qalibiyyət sevinci bəxş edib. Sanki, öyünc, fərəh yağır göylərdən. Hara baxırsan, Azərbaycan bayrağı dalğala­nır. Üç rəngin təntənəli uyarlığı əks olunub Vətənimin bu ali rəmzində. Qulaqlarımda qalib baş sərkədəmizin xalqımızla paylaşdı­ğı şahanə xitablar səslənir:

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik”!

30 ildən bəri gözlədiyimiz müjdənin son akkordlarını eşidirəm: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlar­da əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!” Bir xalqın kölgə salınmış 30 ilinin üzərinə nur səpələnir bu sözlərlə.

Xəyalım ötənlərə yönlənir. Düşünürəm ki, saxtakarlıq və yalan üzərində quraşdırılmış “Ermənistan tarixi”nin kölgəsinə sığınan ermənilər kilsələrdə anonim, fitnəkar keşişlərin düzüb-qoşduqları bu “tarix”dən ağıllarını itirərək Azərbaycanı xəyali “Böyük Ermənistan”ın içərisində əritmək niyyəti ilə bütün dünyanı alda­dacaqlarına ümid edirdilər. Bu iddialarla öz işğalçılıq planlarını gizlətmək, unutdurmaq və geniş auditoriyanı aldatmaq qəsdində idilər.

Qafqazın Azərbaycan ərazilərinə məlum güclər tərəfindən köçürülən bu hibrid xalq (akademik N.Marr: erməni xalqı kimi, erməni dili də hibrid dildir) yeni torpaqlarda məskunlaşmaqla kifayətlənməyib, üstəlik, yerli xalqa qarşı ərazi, mədəniyyət, tarix iddiası ilə təcavüzkarlıq yoluna düşüb. Azərbaycan xalqının böyük humanizmindən faydalanan ermənilər bir müddət sonra gəldikləri ərazilərdə ixti­şaşlar törətməyə başlayıblar. Bu ədalətsiz, qanlı qovğalar nəticəsində Azərbaycan xalqı böyük faciələrə məruz qalıb. Köçürüldükləri bütün torpaqlar­da davamlı cinayətlər törədən mənfur ermənilər, təəssüf ki, “xaç qardaşları”nın qoltuğuna sığına­raq, özlərinə arxa-dayaq tapıblar.

M.Xorenatsiyə aid edilən saxta “Hayistan tarixi”ni rus dilinə çe­virmiş N.Emin “Ön söz”də bildirib ki, guya, m.ö. 150-ci ildə Arsaklı anonim çar Vaqarşakın sifarişi ilə suriyalı alim Mar Abas Katina Nineviya arxivindən “tapdığı” yu­nan dilindəki kiçik kitab əsasında “Ermənilərin ibtidai tarixi” kitabını yazmışdır. M.Xorenatsi də, guya, “Ermənistan tarixi”ni qələmə alarkən ondan faydalanmışdı. Əlavə edək ki, Mestrop Maştos da erməni və alban əlifbalarının yaradıcısı deyil, fırıldaqçı anonim keşiş olub. Ermənilərin bu sıradan yalanlarını dünya ictimaiyyətinə yüksək səslə bağırmaqla “Böyük Ermənistan” avantürasına dəstək qazandırmağa çalışıblar. Dünyada illər boyu bu yalana inananlar da olub, inanmayanlar da...

Yenidən bu günə qayıdıram. 10 noyabr 2020-ci il... Azərbaycan Prezidenti İlham Əliyevin sentyab­rın 27-dən başlanan Qarabağ savaşının səngər, diplomatiya və informasiya cəbhələrində rəhbərlik etdiyi zəfər yürüşü, nəhayət, “Bö­yük Ermənistan” yalanını tar-mar edib ayaqlar altına saldı.

Dünya Azərbaycanlıları bay­ram edir bu gün. Qələbə sədaları yüksəlir göy üzünə. Naxçıvan küçələrində də “iynə atsan yerə düşməz”. Qədim Nəqşi-cahanın hüsnünə necə də yaraşır zəfər rəngləri...

Ali səviyyədə deyilmiş sözlər səslənir qulaqlarımda: “Mən Naxçıvan şəhərini Azərbaycanın ən gözəl şəhərlərindən biri edəcəyəm.” Bu istək artıq yüksək səviyyədə gerçəkləşib. Bu gözəl şəhərin küçələrində üçrəngli bayraqlar dalğalanır. Maşınlarda, eyvanlarda, binalarda, uşaqdan-böyüyə hamının əlində alov dilli, səma rəngli, həyat çalarlı bay­raqlarımızın yaratdığı təntənə sevincimizi, sevgimizi yerə-göyə bülənd edir. Bu gün Naxçıvan illərin həsrətini, nisgilini silib atır si­masından... Günbəgün gözəlləşən hüsnünə qələbə rənglərində bəzəklər vurur.

Bu misilsiz mənzərənin başı üstündə, sanki, Ali Baş Koman­danın “Doğma Qarabağımıza qayıdırıq!” nidası gurlayır.

Üçrəngli bayraq dalğalanır bu gün xalqımın göz bəbəklərində... “Türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu, məhz bu üçrəngli bayrağın rənglərində öz əksini tapıb. Bu gün Azərbaycanın milli varlıq dastanını yazanla­rın ruhları da sevinir. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağa­oğlu, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əhməd Cavad, Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi millət fədailərinin ruhları dinclik tapır bu təntənə ilə.

Bu gün yenidən “Qarabağ şikəstəsi” ucalır Şuşadan. Xan qızı oyan, aç gözlərini, bəzən xan qızı! Biz qayıdırıq... Qarabağ savaşının tarix yazmış və bu qələbəni tarixə yazmış çağırış­ları Azərbaycanın başı üstündə gurlayır:

– Biz Qələbə qazanmışıq...

– Dünya Azərbaycanı yenidən tanıdı...

– Fəxr edirəm ki, belə ölkədə yaşayıram.

İlahi, bu yuxudurmu? Axı ulu öndərimiz bu tarixi yazan insan barədə inamla demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Halal bir fəxarətlə izləyirəm millətimi, necə gözəl yaraşırmış Azərbaycana qalibiyyət. İzdiham üz tutur Şəhidlər xiyabanına, təzim edirik müqəddəs şəhid ruhlarının qarşısında.

Fəxr edirik. Qürur duyuruq.

10 noyabr 2020-ci il... Bu gün Azərbaycanın şanlı tarixi yenidən yazıldı. Azərbaycan öz reallıq­larını dünya ictimaiyyətinə xalq – ordu – rəhbər birliyi ilə diqtə etdi. Dünya şahmat taxtasıdır. Azərbaycan dünyada öz gedişini etdi! Azərbaycan gedişi!

Azərbaycan xalqı bu gün bir ağızdan təkrarlayır: “Qarabağ Azərbaycandır və nida!” Bu cümlə artıq bizim həyat devizimizdir. Bu cümlə millətin şanlı şüarıdır. Qarabağ bizimdir və bizim oldu. Tarixin ulu köksünə Azərbaycan əsgəri bu cümləni al qanı ilə həkk etdi. Bu müdrik kəlam bir daha silinməyəcək, əbədi olacaq! Nəsildən-nəsilə ötürüləcək bu şanlı şüar.

Bu gün Dünya Azərbaycanlıları bir ağızdan söyləyirlər: “Biz fəxr edirik ki, azərbaycanlıyıq”. Naxçı­van küçələrindəki izdiham da bu öyüncü təcəssüm etdirir. Hər kəsin dilində qələbə şüarları…

Balacalar alqış deyirlər, ağsaqqal-ağbirçəklər dualar edirlər müzəffər Ali Baş Koman­dan İlham Əliyevin şərəfli ün­vanına. Nə gözəl yaraşır zəfər Azərbaycana!

Bu xoşbəxtliyin rəsmini hansı rəssamın çəkməyə gücü çatar?! Bu elə bir tablodur ki, onu ancaq Alla­hın verdiyi güc, fitri istedadla yarat­maq olar. Ali Baş Komandanımızın dediyi kimi: “Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqı­mızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq!”.

Ulu öndər Heydər Əliyev bildirmişdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşı­dan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqma­tik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımı­zın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Tarix bu inamın, eti­barın ululuğunu və mötəbərliyini xalqımızın Qarabağ qələbəsinin təmin edilməsi ilə bir daha təsdiqlədi.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa etdiyi müraciətdə deyilir: “Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizim­dir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

Yaşasın müzəffər xalqın, müzəffər ordunun müzəffər Ali Baş Komandanı İlham Əliyev…

Nərgiz İSMAYILOVA,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!