Qərib axşamlar - Məmməd Namaz

- Alo!

Qadın onun üçün doğma və əziz səsi tanıdı. Əlləri əsdi.

- Sənsən? Hardasan?

- Lap yaxında - dedi kişi, - sənin iş yerinə lap yaxın.

- Gəncədəsən? - sordu qadın, - doğrudan Gəncədəsən?

- İnanmırsan?

- Nə yaxşı! Onda düşürəm aşağı.

- Zarafat edirəm. Bir az uzaqdayam. Bir azdan düşərsən. Haçanacan işdəsən?

- Sən haçanacan istəsən.

- Sağ ol, - dedi kişi.

- İndi gedirsen? - həyəcanla soruşdu qadın. - Haçan gəlmisən?

- Elə bu dəqiqə. Gələn kimi sənə zəng vurdum. Qorxdum işdən çıxarsan. Görə bilmərəm.

- Yarım saatdan sonra aşağıdayam.

- Gəlirəm

...Onlar görüşdülər. Kişiyə elə gəlirdi ki, qadının sifəti işıqlanıb. Gözlərinə nur gəlib

- Nə yaxşı təksən otağında?

- Mən həmişə təkəm - dedi qadın

- Ancaq səni görməyə gəldim, - dedi kişi.  - Bacara bilmədim özümlə.

- Kiminlə gəlmisən?

- Yoldaşım da mənimlədir.

- Onu da gətirəydin özünlə.

- Gələn kimi qoydum anasıgilə. Tez sənə zəng vurub yanına qaçdım.

- Bilmədi?

- Ağlına gəlməz

- Nə var, nə yox?

- Səndən başqa heç nə yoxdur dünyada. Sən varsan - hər şey var! Qəribədir, bir an da olsun yadımdan çıxmırsan. Axşamlar daha dəhşətli olur. Qərib, qürbət ölkədə yeganə təsəllim sənsən.

- Haçan gedəcəksən? - sanki qadın onun dediklərinin fərqinə varmırdı.

- İndi gəlməmişəm? İstəyirsən bu saat çıxım gedim?!

- Elə demədim.

- Axşamlar daha dəhşətli olur, - kişi ürəyini boşaltmaq istədi. - Qərib axşamlar... xırmanın ətrafında böcəklər nəsə özlərinin ədəbi nəğmələrini oxuyurlar. Mən də taxıl taylarının yanına uzanıram, əllərimi çarpazlayıb başımın altına qoyuram. Ulduzlara, Aya tamaşa edə-edə səni düşünürəm. Bilirəm ki, həmin anlarda sən eyvanınızda oturub....

- "Səni düşünürəm..." - demək istədi qadın. Susub kişiyə qulaq asdı. "İlahi, bu kişilər necə də ürəklidirlər. Ürəklərinə nə gəlir danışa bilirlər... hisslərini, duyğularını, istəklərini necə də açıb danışa bilirlər...".

- Haçan gedəcəksən? - soruşdu qadın.

- Bu saat. Deyəsən, səni narahat etdim. Elə soruşursan ki, haçan gedəcəyəm.

- O mənada soruşmuram - qadın köksünü ötürdü.

- Axşam gələrsən bizə.

- Yox. Gələ bilmərəm, - dedi kişi. - Ərindən utanıram. Gəlmək istəsəm də gələ bilmərəm.

- Mən istəyirəm ki, gələsən. Çıxırsan sözümdən?

- Sözün mənim üçün əmrdir. Amma ...

- Gələrsən, - dedi qadın. - İstəyirəm ki, gələsən.

- Çox pis oldu, - dilləndi kişi.

- Çox pis oldu, - deyə qadın da köksünü ötürdü.

- Nə pis oldu? - soruşdu kişi.

- Elə pis oldu dediyin. Bilmirsən?

- Bildim. Gərək bu həddə gəlib çıxmayaydı. Mən əvvəllər, etiraf edirəm, sənə elə - belə, adi bir qadın kimi baxırdım. Ötəri bir həvəslə, bir kişi kimi... amma sonra...

- Sonra nə oldu?

- Sonra baxıb gördüm ki... gördüm ki, sənsiz yaşamaq olmur...

- Pis oldu, - dedi qadın.

- Başqa qadınlara baxanda da səni görürəm. Çiçəyə, gülə, dağlara, daşlara baxanda səni görürəm. İşləyə də bilmirəm.

- Və bezirsən, eləmi?

- Nə danışırsan? Heç demirsən ki, otur. Ayaq üstə saxlamısan məni.

- Ah... unutmuşam. Otur.

Amma oturmadı kişi.

- İcazə ver sənə bir söz deyim. Amma acığın tutmasın ha.

- Xahiş edirəm, lazım deyil, - dedi qadın

- Guya bilirsən nə deyəcəyəm?

Qadın yaylığını çıxarıb gözlərini sildi. Və kişiyə elə gəldi ki, qadının kirpikləri nəmlidir.

- Xətrinə dəydim? Bağışla, - dedi kişi. - Çıxıb gedirəm.

- Hər şeyi açıq danışa bilmirlər yazıq qadınlar...

- Hə?

- Hə! Yazıq pərvanələr özlərini çıraqa atıb yandırırlar. Amma çırağın bundan xəbəri olmur. İllərlə belə olur. Biri yanır, biri isə...

- Doğrudan? - güldü qadın. - Bəlkə çıraq o pərvanələrdən də betər yanır?

- İnanmıram, - dedi kişi.

Qadın ayağa durdu. - Getmirsən?

- Haraya?

- Mən evə gedirəm. Sevinirəm ki, gəlmisən. Məni yorma. Axşam gəl.

- Sağlıq olsun.

- Nə sağlıq. Gözləyəcəyəm.

- Hamı evdə olacaq?

- Bəs necə? İstəyirsən ki, heç kim olmasın?

- Elə demək istəmirəm... Ərindən utanıram. Gəlmək istəyirəm. Amma axı, ayıbdır. Hər dəfə Gəncəyə gələndə sizə gəlirəm. Onun taleyinə şərik çıxmaq istəmirəm.

- Bezmisən?

- Elə demədim.

Bayıra çıxdılar. Qadın ayrılarkən yenə dedi:

- Bax gəl ha.

Kişi onun arxasınca addımladı:

- Gəl otur aparım. Maşınlayam.

- Xahiş edirəm, üz vurma. Sən deyirsən, sözündən çıxa bilmirəm. Çıxandan da sonra... "əzabını çəkirəm" - demək istədi.

- Di sağ ol. Sağ əlini uzatdı. Qadın əlini çəkdi.

- Amma həmişə sözümdən çıxmısan. Ürəyin daşdı.

Ayrıldılar.

Qadın xeyli getdikdən sonra, sanki nəsə itirmiş kimi geri boylandı. Adamların arasında onu axtarmağa başladı. Sanki uzun illərdir ki, onu görmürdü.

Geri qayıdıb kişini axtardı. Amma elə görə bilmirdi ki, bilmirdi.

- Xanlar!

Yad kişi ona baxa-baxa gülümsündü.

- Bağışlıyın.

Elə bil ki, ən əziz adamın tapmış, ömürlük də itirmişdi. "Nə pis oldu. Nə pis qarşıladım onu...".

Nəsə ürəyində yanır... yanır... yanırdı.

İllərlə onun həsrətini çəkməmişdimi?

Onun sözlərini dinləmək həsrəti ilə yanmırdımı?..

Onunla yağışlı-çiskinli günlərdə şəhərin küçələrini dolaşmaq istəmirdimi?..

Yuxusunu, rahatlığını almamışdımı əlindən bu itirdiyi adam? O isə görünmürdü.

- Xanlar?!

Ürəyindəkiləri bir-bir ona danışmaq istəyirdi.

Amma o da başqasının idi. Bu da...

Amma biz ürəyimizdəkiləri həmişə danışa bilirikmi?

Ürəyimiz gözəl duyğuların, deyiləsi şirin sözlərin, şirin söhbətlərin qəbiristanlığına dönmürmü?!

- Xanlar!

- Noolub? Səhərdən sənə baxıram, məni görmürsən?

- Xanlar ...

Kişini qucaqlamaq, onun sinəsinə sığınmaq istədi...

- Elə bildim getmisən, Xanlar...

- İstər-istəməz getməliyəm axı...

- Xanlar! - qadın sağ əlini irəli uzatdı. - Salam! İncidin məndən? Küsmə. Di, sıx əlimi. - Sol əlini də irəli uzatdı. - Al, bunu da sıx!

Onun əlləri qar üstə düşmüş qovaq yarpaqlarına oxşayırdı.

Kişi bu əlləri sinəsinə sıxdı. Sonra da dodaqlarına yaxınlaşdırdı.

Kimsə onlara baxıb gülə-gülə aralandı.

- Söz verirsənmi axşam gəlməyinə?

- Söz verirəm. Hər dəfə deyirsən. Sözündən çıxdığım vaxt olub?

- Qorxuram ki, gəlməyəsən. İstəyirəm ki, gələsən, Xanlar! İncidin məndən?

- Haqqım yox inciməyə... Axı, sən başqasınınsan...

- Qürbətdə çoxmu darıxırsan mənim üçün, Xanlar? Çoxmu darıxırsan? "Məni də apar özünlə", - demək istədi. Söz boğazında qaldı.

- Sənin yolunda hər şeyə hazıram, - dedi kişi. - İşdən çıxmağa da, ailəni dağıtmağa da. Hər şeyə hazıram. Amma sənin ailə xoşbəxtliyinə toxunmaq istəmirəm. Yadındamı, bir dəfə dedin: mənim balalarıma qıyma. Qıymadım. Qiymıram balalarına və ailənə...

- Demək belə. Söz verdin axşam gəlməyinə.

- Sözsüz! Nə qədər demək olar axı?

- Ürəyimə damıb ki, gəlməyəcəksən. Mənsə istəyirəm gələsən.

- Dünya dağılsa da gələcəyəm.

Ayrıldılar.

Yağış çiləyirdi.

Yağış qadının saçlarına, əllərinə, ürəyinə yağırdı. Amma soyuda bilmirdi onun yanğısını. Qadın dönüb yenə geri baxdı. Gedə bilmirdi. Kişi də dayanıb onun arxasınca baxdı. Qadın dönüb kişiyə yaxınlaşdı:

- Sevirsən məni, Xanlar?!

- Soruşursan da?

- Bu yaşda sevgi?

- Sevgi insanın ömür dostudur. Su quşu. - Qadın bu sözdən xoşlandı. Həmişə kişi ona deyərdi ki. Sən su quşu kimi ürkək və qorxaqsan. - Sevgisiz yaşamaq ölmək deməkdir. Su quşu!

- Axşam tez gələrsən. Evə dəy və gəl!

- Vərəqə də evdədir?

- Yox! - dedi qadın. Sanki yüngülləşdi. - Evdə olmayacaq. Bunu istəyirsən?

Kişi, sanki sevindi.

- Haradadır o?

- Xəstəxanada. Kor bağırsağını kəsiblər dünən.

- Nə pis oldu... - dedi kişi. - Ərin evdə yox... mənsə... bu daha pis.

- Gəl. Gəl. Bilirsən, bu günü nə qədər gözləmişəm. Gəl! "Amma demədi bu sözləri qadın. Yanan ayaqlarında yaş damlaları yağış damlalarına qarışmışdı. - Apar məni özünlə, Xanlar".

Qadın xeyli aralanmışdı. İndi də kişi onun arxasınca düşdü. Onun çiyinlərindən yapışıb dedi:

- Sağ ol, Su quşu. Qoy sənə doyunca baxım

- Noolub axı, Xanlar!

- Qoy doyunca baxım sənə.

- Ayrılırıq? Elə indi? Burada?

- Qoy doyunca baxım sənə, Su quşu. - Əlindəki keçmiş dırnaq izlərini göstərdi. - Görürsən bunu? Sənin dırnaq izlərindir. Bunlardan ürəyimdə də var, Su quşu..

- Xanlar, xahiş edirəm...

- Sən başqasının xoşbəxtliyisən Su quşu. Başqasının xoşbəxtliyinə şərik çıxmaq günahdan da betərdi. Qorx məndən, hürk, qaç məndən, Su quşu!

Qadın onun qoluna girdi.

- Yaman həyəcanlanmısan, Xanlar. Bax, nə deyirsən edirəm. Qoşa gedək bizə. Sən yanımdasan və mən kimsədən qorxmuram. Qorxmuram, Xanlar, inanırsan?

- Gəl səni maşında bir azca gəzdirim.

- Səninlə dünyanı dolaşmağa belə hazıram.

- Nə pis oldu, - dedi kişi.

- Elə lap yaxşı oldu, - dedi qadın.

- İndi gedirsən mənimlə, ya axşam gələcəksən?

- Qoy doyunca baxım sənə, Su quşu... - Burax qolumu. Mən çıxıb gedəcəyəm. Axı, sənin üçün çətin olacaq. Söz edəcəklər.

- Qorxmuram. Səni çox incitmişəm. Bağışla məni....

- Elə demə.... Sən həmişə mənə yaxşılıq etmisən...

- Axşam gəl. Gözləyəcəm.

- Gələcəyəm.

- Mütləq gəl, - dedi qadın. - Mütləq. "Evdə təkəm" - son sözü deməyi qadın ləyaqətinə sığışdırmadı.

- Qoy doyunca baxım, - dedi kişi.

- Axşam. Mütləq gələrsən, - dedi qadın.

- Mütləq gələrəm, - dedi kişi.

Və getmədi...

- Hamı evdə oacaq?

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!