"Buker"in ekranlaşdırılmış ən gözəl romanları

 

Kinomotoqrafiyada daha çox Buker lauretlarının romanlarına üstünlük veririlir. Bu romalarda film üçün gərəkli olan hər şey var: diqqət çəkən süjet, qəhrəmanlar və qeyri-adi atmosfer. Bunlar arasında “İngilis pasienti”, “Pinin həyatı” kimi filmləri misal çəkə bilərik ki, birinci film 12, ikinci isə 11 “Oskar”a layiq görülüb. Hələ Amerika kinoakademiyasında həmin filmlərə verilən digər mükafatları sadalamırıq.

Doğrudur, məyusluq gətirən filmlər də az olmayıb. Məsələn, M.Kutzeeinin eyniadlı romanı əsasında çəkilmiş “Namussuzluq” filmi kinoprokatda belə ən az istənilən filmlər sırasına daxil olaraq ən kiçik mükafata belə layiq görülmədi. Hər halda, Buker mükafatına layiq görülmüş romanların sonradan filmə çəkilməsi dünya kino sahəsində daima böyük səs-küylə qarşılanır.

Edebiyyatqazeti.az olaraq həmin maraqlı ekran işlərini xatırlatmaq istədik.

1. “İngilis pasienti”

İl: 1996

Rejissor: Entoni Minqella

Müəllif: Maykl Ondatje

Film haqqında məlumat bu linkdə: http://edebiyyatqazeti.az/news/incesenet/3136-ingilis-pasiyenti

2. “Pinin həyatı” romanı sanki klassik ingilis macərə romanlarının ənənəsini davam etdirir. Yəni “Robinzon Kruzo” və ya “Qulliverin səyahəti” romanları kimi bu roman da eyni qəbildəndir. 2012-ci ildə ekranlaşdırılmış filmin rejissoru Enq Li, romanın müəllifi isə Yanna Martelladır. Müəllifin özü müsahibələrində etiraf edir ki, onu bu romanı yazmağa Moasira Sklyaranın “Maks və pişik ailəsi” kitabı həvəsləndirib. Hansı ki, elə o romanda da qəhrəman yaquar ilə birgə eyni qayıqda Atlantik okeanınını keçmək məcburiyyətində qalır. Hər halda, plagiata bənzəsə belə Pi adlı qəhrəmanın macəraları 2002-ci ildə öz müəllifinə Buker mükafatını qazanmaqda yardım edir.

3. 1981-ci ildə Buker mükafatına layiq görülmüş hind əsilli yazıçı Salman Rüşdünün “Gecəyarısı uşaqları” romanı da film industriyasına uğur gətirən filmlər siyahısına əlavə olunur. 2008-ci ildə roman Buker Mükafatının mövcudiyyatı dövründə 40 ilin şedevri olaraq qəbul edilmişdi.

Əslində bu tip romanları ekranlaşdırmaq olduqca çətindir. Həmçinin buraya Salman Rüşdünün özünün mübahisəli şəxsi həyatını da əlavə etsək vəziyyət bir az da qəlizləşir. Ona görə də bu filmi ərsəyə gətirmək həqiqətən də qəhrəmanlıq hesab oluna bilər. Film eynilə kitabda təsvir olunan kordinatlar üzrə sözbəsöz ekranlaşdırılıb və eyni kolariti verə bilib.  

Film 2012-ci ildə Dila Mehda tərəfindən ekranlaşdırılıb.

4. Yazıçı Hillari Mentep iki dəfə Buker mükafatına layiq görülüb. O, 2009-cu ildə “Canavar salonu” romanına görə, üç ildən sonra isə “Cəsədləri gətirin” kitabına görə mükafata layiq görülür. Hər iki əsər bizi XVI əsrin İngiltərəsinə aparır.

2015-ci ildə “Canavar salonu”nun motivləri əsasında mini serial çəkilir. Serial həm bədii estetika yönümündə, həm də 16-cı əsrin ab-havasını ötürə bildiyinə görə  böyük uğur qazanır.

Filmdə Tomas Kromvel obrazını vaxtilə Şekspir xronikasını oynayan Mark Reylens canlandırır.  VIII Henrixi isə Demien Lüis oynayır. Film baxımlılıq faizinə görə İngiltərədə bir il ərzində ən çox izlənilən serial olaraq kino tarixinə düşür.

5. Qəribədir, ingilis romanı olaraq adını ədəbiyyat tarixində əbədiləşdirmiş “Günün qalıqları” romanını yapon yazıçı Kadzuo İsiquro yazıb.

1989-cu ildə roman Buker mükafatına layiq görülmüşdü. Adətən ədəbiyyat mükafatlarında qalib elan olunduqdan sonra tənqidçilər arasında müəyyən qalmaqallar başlayır. Amma İsiquronun qalibliyi zamanı belə qalmaqal yaşanmır. Qalib hamı tərəfindən alqışlarla qarşılanaraq layiqli yerini tuta bilir.

Dörd ildən sonra eyniadlı roman ekran versiyasına köçürülərək növbəti uğurunu qazanmış olur. Baş rolu Entoni Hopkins canlandırır. 

Bu linkə daxil olun: http://edebiyyatqazeti.az/news/diger/2087-dunya-edebiyyatinin-elacisi-kadzuo-isiquro

Rus dilindən tərcümə etdi: Günel Eyvazlı 

Mənbə: Jurnal EKSMO - Журнал Эксмо

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!