Bütün dövrlərdə maraqla oxunan 10 kitab

 

1. "Şantaram" - Qreqori Devid Roberts

Avstraliya yazıçısı Qreqori Devid Robertsin qələmə aldığı bu roman 2003-cü ildə ilk dəfə Avstraliyada işıq üzü görüb. Romanda cərəyan edən hadisələr elə müəllifin öz həyatından götürülüb. Roman boyu qəhrəmanın  daxili həyəcanını və fəlsəfi mülahizələrini maraqla oxumaq mümkündür.

 

2. Corc Oruell - "1984"

Əsl adı Erik Artur Bleyer olan ingilis yazıçısı Corc Oruell adı çəkilən romanı 2009-cu ildə "The Times" qəzeti tərəfindən son 60 il ərzində yaradılmış 60 ən yaxşı kitab siyahısına daxil etmiş, "Newsweek" jurnalı isə romanı bəşəriyyət tarixində ikinci ən yaxşı kitab adlandırmışdı.

 

3. M. Bulqakov - "Master və Marqarita"

"Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan Bulqakov onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və "roman içində roman" prinsipinin gözlənildiyi bu əsərdə mif süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. 

 

4. Antuan de Sent Ekzüperi - "Balaca Şəhzadə". Müəllifin ən populyar əsəri. 

 

5. Lev Tolstoy - "Anna Karenina".

"Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir". Roman bu cümlə ilə başlayır.

Bütün dövrlərdə maraqla oxunan əsərlərdən biridir. Əsər 1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən bəhs edir. 

 

6. Qabriel Qarsia Merkes - "Yüz ilin tənhalığı"

Çili şairi Pablo Neruda "Yüz ilin tənhalığı" romanını "Servantesin "Don Kixot"undan sonra yazılmış ən böyük vəhy" adlandırmışdı. Amerikalı yazıçı Uilyam Kennedi isə bu romanı İncildən sonra bəşəriyyətin oxuması üçün vacib olan birinci kitab hesab etmişdi.

 

 

7. Coan K.Roulinq - "Harry Potter"

İngilis qadın yazıçı tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filimlər seriyasıdır.

Dünya çapında, satışında rekorda imza atmış bu roman uşaqlar üçün nəzərdə tutulsada böyüklər tərəfindən də maraqla oxunur.

 

8. Höte - "Faust"

Alman ədəbiyyatının ensiklopediyası sayılan Faust faciəvi əsəri alman şair dramaturqu Yohan Volfqanq Höte tərəfindən 1774-cü ildə yazılmağa başlamış və Hötenin ölümündən bir il öncə yəni,1831 ci ildə bitmişdir.

 

9. Cek London - "Martin İden"

Cek London tərəfindən dram janrında yazılmış romandır. Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O, bir gün Artura sataşan avaralarla dalaşıb onları yaxşıca əzişdirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə nahara çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailəsinin üzvüdü.

Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir.

Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara onların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gəlir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sırasına qatılsın.

 

10. Paulo Koelyo - "Kimyagər" da bütün dövrlərdə oxunması vacib olan kitablar sırasındadır.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!