Seymur Şeydayev - İlham ilə Ərdoğan

Yeni tarix yazırsız,

Dünya izləməkdədir.

Artıq hamı bilir ki,

Gücümüz birlikdədir.

Demiş hər iki başqan -

İlham ilə Ərdoğan.

 

Türkün qədəm qoyduğu,

Torpaqlar cənnət olur.

Türk qanı düşən torpaq,

Dönüb bir məbəd olur.

Siz olduz tarix yazan

İlham ilə Ərdoğan.

 

Sizinlədi ruhları

Atatürklə Heydərin.

Türkün uğurlarına

Gök üzündə sevinir.

Gürşad, Mete, Oğuz Xan

İlham ilə Ərdoğan.

 

Bütün türk dünyasının,

Ümidləri Sizədi.

Artıq tükənib səbr,

Hamı gözləməkdədi.

Nə vaxt yaranır Turan?

İlham ilə Ərdoğan.

 

Turan son pənahımız,

Onadır inamımız.

Sizinlə qürur duyur,

Doğma Qarabağımız.

"Bir bədəndə iki can"

Türkiyə-Azərbaycan

İlham ilə Ərdoğan.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!