Vətən bağı" al-əlvandır - Ağabəyim ağa Cavanşir

 

Ağabəyim ağa — Vikipediya

"Vətən bağı" al-əlvandır,
Yox içində xarı bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı, sarı bülbül?!

Səhərin gülşən çağında,
Nə gəzirsən bağı, bülbül?!
Oxudun, ağlım apardın,
Oldun mənə yağı, bülbül!
 
Bülbül, sən nala çəkərsən,
Göz yaşın gilə tökərsən,
On bir ay cəfa çəkərsən,
Bir ayı da zarı, bülbül!
 
Bülbül, geyibsən al yaşıl,
Qolların boynumdan aşır.
Ağlamaq mənə yaraşır,
Qoy ağlayım, barı, bülbül!
 
Bülbül səni kim uçurtdu,
Kim daldan dala qaçırtdı,
Kim sənə badə içirtdi,
Kimlər oldu saqi, bülbül?!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!