#EvdəQal kampaniyası çərçivəsində Yeşim Ağaoğlu şeirini oxudu - VİDEO

 

#EvdəQal  kampaniyası çərçivəsində  Bədii Tərcümə Mərkəzi və “Ədəbiyat qəzeti”nin Real TV-nin dəstəyi ilə birgə təqdim etdikləri  “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!”  layihəsində  bu gün Türkiyədən  Yeşim Ağaoğlu öz şeirini oxudu.

Qeyd edək ki, Yeşim Ağaoğlu çağdaş türk şeirinin bilinən isimlərindən, tanınmış şair, fotoqraf və rəssamdır. Əsərləri bir çox dillərə tərcümə edilərək nəşr edilib. Həmiçin Azərbaycanda da kitabı çap olunub. Türkiyə Pen təşkilatının üzvüdür. Mətni Səlim Babullaoğlu tərcümə  edib.

Yeşim Ağaoğlunun şeiri və müraciəti

Böyük partlama

Durdum,
toxumu dinləyirəm.
Böyük bir gurulutu ilə partlayacaq
tumurcuqlanmış toxum,
püskürəcək nəyi varsa-
saçılacaq içindən:
sirrlər,
həqiqət,
enerji,
yeni həyat,
keçmişdən qalan nə varsa
və gələcək...
Durdum,
toxumu dinləyirəm,
torpaqdadır qulağım-
şifrələrini
yaxında qıracağam  kainatın

İstanbuldan salamlar sevimli azərbaycanlı dostlar! Sabah daha sağlam günlərdə bir yerdə olmaq üçün, lütfən, bu gün evimizdə qalaq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!