Çölə çıxma! Telefona baxma! Darıxma! - Qulu AĞSƏS

Koronavirus dövrünün sevgisi

                                                

- Əgər doğrudan sevirsənsə,

şərtim budur:

çəkilək bir hücrəyə,

amma məndən uzaq dur ...

Sabun köpüyü partlatsın

qoxusu sarımsağın,

Kefli əllərin doqquz yazsın

on barmağı ...

Çölə çıxma!

Telefona baxma!

Darıxma!

... Başqa şərtlərin də olsaydı, kaş:

Maskasız olmazsa,

maska da olmasın,

Yas olmazsa,

ölüm də olmasın,

Toy olmazsa,

sevgi də …olsun!-

sözləri çıxsaydı dodağından …

Asacam özümü!-

şərt cümləsinin budağından …

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!