Xocalıdakı körpə... - NARGİS

Qarın  soyuqluğunda əridikcə

qırmızı hərarət.

Sakitləşirdi körpənin

balaca ürəyi...

Donan kiçicik barmaqlarını

son dəfə apardı isti nəfəsinə doğru.

Layla deyirdi ona buludlarda

əyləşən mələklər.

Gözlərini iricə açıb

mələklərəmi baxırdı

Xocalıdakı körpə?

Dodağının kənarında donan

gülüşlərdən danışın mənə...

Görəsən, son dəfə onu belə

gülümsədən nə idi?

Nəyə, kimə gülürdü körpə?

Anasınımı xatırlamışdı?

Bəlkə də, onu yanına aparmaq üçün elə Tanrı özü gəlmişdi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!