İzhari-qədrdani - Məhəmməd HADİ

Ədibi-xəluq... Əli bəy Hüseynzadəyə

 

Gözəl bir çöhrə, lame bir nəzər, pakizə bir sima,

Geniş bir cəbhə, aydın bir nigah etilapərva...

Nə simadır ki, onda ibtisam eylər həqiqətlər,

Nə pişanidir onda ləməpərvər nuri-hikmətlər.

Düha! Ey kövkəbi-rəxşanı əncümzari-idrakın,

Liqayi-asimansayi Əli olmuşmu əflakın?

Düha! Ey tutiyi-əsrarı mənizari-irfanın,

Şu dilbəri-çöhrə olmuşmu nişiməngahı əlhanın?

Düha! Ey huri-əfsunkarı cənnəti-füyuzatın,

Təcəlli etməyə vəchi-Əli olmuşmu miratın?

Düha! Ey baği-lahutun həzari-nəğməpirası,

Sənə gülşənmi olmuşdur Əlinin ruyi-rənası?

Sən, ey dahiyi-rövşəndil, mücəssəm xəlqi-əzəmsən,

Böyüksən, ən böyüksən bizlərə, ustadi-əkrəmsən.

Vücudun ilə fəxr eylərdi gər olsaydı Qərbiyyun,

Hələ dərpərdədir ənzari-istedadi-Şərqiyyun.

Bu gün qafilsə millət, yox əcəb, əhvali-zarından,

Yarın şərməndə olmazmı nişangahi-məzarından?

Səzamı güşəyi-xəlvətdə qalsın böylə əllamə?

Həqiqət söylərəm: "Olsun tfü qövmi-islamə."

Rəvamı ən böyük bir dahi qalsın künci-möhnətdə,

Təcəllisaz olurmu feyzi-ülviyyət bu millətdə?

Bu millətdən səadət feyzi üz döndərməsin, netsin,

Həqiqət dilbəri bu qovmdən gizlənməsin, netsin?

Önündə nur parlarkən yenə məftuni-zülmətdir,

Yanında çeşməyi-kövsər axarkən abə həsrətdir.

Fərati-elm rahın bağlayıbdır ləşgəri-bidad,

Vətən Kərbəladır, eyləriz biz səndən istimdad.

Vətən övladı dilsiri-həyat olsun Fəratından,

Neçün ləbtəşnələr feyz almasın abi-həyatından?

Vücudun mayəyi-fəxrü şərəfdir qovmi-islamə,

Bizi irşad qılmaq üçün sarıl, ey dahi, əqlamə.

Neçün daldın sükuta, gəlmiyor övradın, ey dahi,

Vərəqriz oldumu baği-füyuzabadın, ey dahi!?

Sədəfzar dilində var ikən min löleyi-rəxşan

Bu gün pirayəsiz qalmış vətəndə məşhəri-irfan.

"Firdovsi-ilhamat",

Bakı: "Kaspi" mətbəəsi, 1908,

səh. 21-22

1 Ədibi-xəluq - gözəl xasiyyətli, xoşrəftar ədib

2 Lame - parlaq, işıqlı

3 Cəbhə - alın

4 Pişani - alın


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!