Əqlin də, kamalın da, fünunun da zəbundur, İnsan hələ Məcnun, cahan səhni-cünundur... - Məhəmməd HADİ

Türklərin yeganə filosofu Rza Tovfiq həzrətlərinə

 

"Bir şübhə var ki, rövşən bilməklə heç ziya yanmaz:

Əvvəl nə, aqibət nə? Bilməz yetim insan!"

Rza Tovfiq

Ey mərifətin, fəlsəfənin mənbəyi-nuru,

Hala da qaranlıq bəşərin məhdi-zühuru!

Ey xaməyi-əllaməsi,  mizrabi-həqiqət,

Hala yaşayır ölməyəcəkmiş kimi vəhşət!

Əqlin də, kamalın da, fünunun da zəbundur,

İnsan hələ Məcnun, cahan səhni-cünundur.

Ey elmlərin, fənnlərin çöhrəyi-pakı,

Əvvəlki təbiətində yenə zadəyi-xakı.

Həp əski gücündə yenə bazuyi-məşiət,

Həp köhnə işində yenə qanuni-təbiət.

İştə mədəniyyət deyiriz, vəhşəti-əkməl,

İnsanda təkamül bumu? Ey zati-mükəmməl!

Öz bildiyini yapmada hala da bəşərzad,

Sən söylə, nə deyirsən buna, ey möhtərəm ustad!