İkimiz də aynı şeyi düşünüyoruz: ben seni, sen kendini... - Bu misralar niyə əzilmir?! - Furqan

İnternet və sosial şəbəkələrdə vaxt öldürməyin ləzzəti o qədər böyükdür ki, artıq iri kitablar oxumağı yadırğayırıq. Dövrün tələbinə görə romanların həcmi kiçilir və biz balaca kitablar oxumaq istəyirik - təbii ki, oxumaq istəyiriksə...

Sözüm bunda deyil. Mən kiçik romanlardan yox, bir roman yükü daşıyan kiçik şeirlər haqqında danışmaq istəyirəm.

***

Özdemir Asafın "Jüri" adlı şeiridi bu:

tüm renkler aynı hızla kirleniyordu -

birinciliği beyaza verdiler...

 

Yığcam və mənalı...

Həyatı, yaşamı iki misrada çox gözəl ifadə edir...

Bu iki misranı oxuduqca, nədənsə, uşaqlar gəlir gözlərimin önünə.

Uşaqlar bəyazdırlar.

Amma ən tez çirklənən rəng də bəyazdır.

Bəyaz rəngləri kirlənməkdən qorumaq lazımdır!

Birinciliyi bəyaza verməyək!

***

sen bir teneffüssün, sevgilim,

Yurt bilgisiyle Kimya arasında...

 

Başqa bir türk şair Can Yücelin "İlanı harp değil, ilanı aşk" şeiri.

Bu iki misranı oxuyan hər kəs özünü məktəbdə sandı, elə deyilmi?

Sevgili hər kim olur-olsun - Vətənmi, valideynmi, sevdiyin qadınmı, dostmu? - önəmli deyil, mütləq və mütləq bir tənəffüsdür...

İstər yurd bilgisi ilə kimya arasında, istər həyatında qərar tutmuş sevmədiklərin arasında...

(Bu arada onu da deyim ki, kimya müəllimi olduğum üçün bu şeir məni daha çox özünə çəkdi).

***

Bir də Sunay Akından bir şeir oxuyacam sizə.

Boyuna fikir verməyin, özündə sığışdırdığı mənaya fikir verin:

 

İkimiz də aynı şeyi düşünüyoruz:

ben seni,

sen kendini...

 

İlahi, üç misraya bu qədər yük yükləmək insafdandımı?!

Bəs niyə əzilmir bu misralar?!

Düşünə-düşünə qalmışam...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!