Hərəmiz bir Mələk olaq... - Fikrət Qoca

 

Hərəmiz bir Mələk olaq

Evimin damı qocalıb

Damımdan göz yaşı damır.

Gözlərimdən ürəyimə

Bir payız yağışı damır.

 

Nəqarət:

Nə qədər ki, vaxt var hələ

Hamımız verək əl-ələ

Bu dünyaya kömək olaq.

Hərəmiz bir Mələk olaq.

 

Qaçqın-köçkün, ağlar-sızlar.

At oynadır Allahsızlar.

Əriyir göydə ulduzlar

Yerə göyün daşı damır.

 

Nəqarət:

Nə qədər ki, vaxt var hələ

Hamımız verək əl-ələ

Bu dünyaya kömək olaq.

Hərəmiz bir Mələk olaq.

 

Gül əkmişdi, biz bitmişik.

Yol azmışıq, biz itmişik.

Allahı bərk incitmişik

Qəzəbi-qarğışı damır.

 

Nəqarət:

Nə qədər ki, vaxt var hələ

Hamımız verək əl-ələ

Bu dünyaya kömək olaq,

Hərəmiz bir Mələk olaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!