Cümhuriyyət şəhidlərinə - Fikrət Qoca

 

Cümhuriyyət şəhidlərinə

İstiqlal baharında,

Doğma ana diyarında,

Məzarı itkin oğullar.

Gözəl arzu şəhidləri

Azad niyyət şəhidləri

Cümhuriyyət şəhidləri

Bayramınız mübarəkdi.

 

Sürgün olub qışda, qarda

Uzaq-uzaq diyarlarda

Məzarları qərib olan

Ruhlarının gözü dolan

O günlərin şahidləri

Cümhuriyyət şəhidləri

Bayramınız mübarəkdi.

           

Xalqın mərdi, safı, xası.

Millət sevən, el arxası,

Qorxmaz, nurlu işıqları

Ey hürriyyət aşiqləri,

Siz yıxdınız zülmü, şəri.

Cümhuriyyət şəhidləri

Bayramınız mübarəkdi.

 

Ucalıbdı bayraq, enməz!

Bu od-ocaq bir də sönməz!

İstiqlal - ruhumuzdur

Biz ölərik, ruhlar ölməz!

Biz çoxuq, bu Vətən təkdi.

Cümhuriyyət aşiqləri

Yüz illiyin mübarəkdi,

Ruhunuza and içirik

Minilliyin gələcəkdi,

Bayramızın mübarəkdi!

 

23.05.2018

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!