"Bəzən istedadlı adamlar da zəif mətnlərə tərif yağdırır" - "Fikir bucağı" layihəsinin qonağı yazıçı, tərcüməçi Təvəkgül Boysunardır

 

- Xoş rdük, kgül y. İşr necə gedir, yaradıqla bağyeni r var?

- Xoş gördük. Düzünü desəm, son aylarda yenidən üzləşdiyim dilemma - yəni gələcəklə bağlı bütün qayğıları bir kənara ataraq zamanımı ancaq ədəbiyyata və yazmağa həsr etmək, yoxsa real dünyanın tələblərini nəzərə alıb, yazmaq istədiyim əsərləri hələlik təxirə salmaq dilemması diqqətimi yaradıcılığa yönləndirməyə çox da imkan vermir. Nəticədə son bir ildə yazdığım və aralarında yaxşı nümunələr olan təxminən iyirmiyə yaxın hekayəni neçə vaxtdır çap etdirmək istəsəm də, bir xeyli ləngiyirəm. Ancaq hiss edirəm ki, Heminqueyin sözünü, yəni "İstedadın hardadırsa, qazancın da ordan olmalıdır" devizini əsas alıb yuxarıdakı dilemma qarşısında birinci seçimi edəcəm. Çünki xoşbəxtlikdən, bəzən ürəyimdə belə bir ümid də yanıb-sönür ki, bəli, XXI əsrdə, məhz elə bu sosial şəbəkələr dövründə yaxşı hekayə, yaxşı roman yazmaqla da kütləvi oxucu tərəfindən oxunmaq və nəticədə yazdığın əsərə görə pul qazanmaq mümkündür. Əgər arabir yanıb-sönən bu ümidi bir dəfə yanılı vəziyyətdə tutub daha sönməyə qoymasam, hazırda nəzərimdə olan dörd-beş uzun hekayəni və olduqca maraqlı bir romanı, məhz həmin ümidin işığıyla yazmağı düşünürəm.

- dii rcürin əbi hit findən maraqla qarşılanır. Ancaq rcürlə bağlı ümumi ziyyəti naətbəhesab etmək olmaz. Bu barədüşürsən?

- Tərcümə ilə bağlı ümumi vəziyyətin qənaətbəxş olmamasının əsas səbəbi, şübhəsiz ki, ödəniş məsələsidir. Məsələn, əgər tərcüməçinin bir kitaba görə aldığı qonorar yüksək olsa, o zaman həmin tərcüməçi o kitabın üzərində tələsik işləməyəcək, dalbadal bir neçə kitabı tezbazar bitirməyə çalışmayacaq. Nəticədə keyfiyyətsiz tərcümələr də azalacaq. Amma yüksək qonorar vermədiyinə görə nəşriyyatları da qınamaq olmur. Çünki oxucuların alıcılıq qabiliyyəti aşağıdır. Başqa bir qənaətim isə odur ki, hal-hazırkı şəraitdə bu işə sırf gəlir mənbəyi kimi baxırsansa və üstəlik, bu iş sənin yeganə gəlir mənbəyindirsə, bir müddət sonra keyfiyyətli tərcümə etmək xoşbəxtliyi ilə vidalaşmalı olursan.

- Ş.Andersonun "Vaynzburq, Ohayo", E.Heminqueyin "yyar Şənlik" kitablarını, Elis Manro, Zeydi Smis, Lidia Deyvis, O.Henri, Ezra Paund kimi yazıçıların xtəlif ərlərini, "Quran"dan və "İncil"n parçaları rcüetmisən. Bu rcükafat almısan. rcüinin əsas çətinliyini və ömini rsən?

- Bəli, 2015-ci ildə, 21 yaşımda ikən Dövlət Tərcümə Mərkəzinin keçirdiyi müsabiqədə I yerə layiq görüldüm. Adını çəkdiyiniz müəllifləri tərcümə etməyimə də məhz bu qalibiyyət təkan verdi. Bunun üçün mərkəzin direktoru, Xalq yazıçısı Afaq Məsuda, "Xəzər" jurnalının baş redaktoru, dəyərli yazıçı və tərcüməçimiz Saday Budaqlıya, həm də vaxtilə tərcümə fakültəsində bizim dekanımız olmuş və ilk tərcümələrimi ürəkdən təriflərək məni bu işə həvəsləndirən ustad tərcüməçi Vilayət Hacıyevə təşəkkür borcluyam. Tərcümə işi kifayət qədər çətindir. Bu işə görə qazandığın maddi gəlirin yüksək olmaması bir yana, məsələnin mənəvi tərəfi də çox ürəkaçan deyil. Belə bir nümunə deyək: "Səfillər" romanını Hüqonun yazdığını bilirik, amma gəlin görək həmin romanı ana dilimizə tərcümə edən tərcüməçinin adı neçə nəfərə məlumdur? Sırf bu məqama görə yaxşı tərcümələr görəndə hətta tanımadığım əcnəbi tərcüməçilərə də ürəyimdə milyon kərə təşəkkür edirəm. Markesin hekayələrini türkcədə uğurla əks etdirən İnci Kutun, yaxud Tomas Mannın o dəhşətli cümlələrinin öhdəsindən uğurla gələn Ayşe İncekurtun, "Gözlənilən bir qətlin tarixçəsini", "Tənhalığın yüz ili"ni ingiliscəyə çevirən Qriqori Rabassanın, almandilli ədəbiyyatı ingilis dilinə məharətlə tərcümə edən Con E.Vudzun  adının yadımda qalması da sırf buna görədir. Tərcümənin vacibliyi məsələsinə gəldikdə isə, təbii ki, bu işin əhəmiyyəti olduqca böyükdür. Səhv etmirəmsə, Saramaqonun sözü olmalıdır. Ki, biz yazıçılar ancaq yerli ədəbiyyatları yaradırıq, dünya ədəbiyyatını isə məhz tərcüməçilər yaradır.

- Hekayər yazırsan. Kulisdə hekayə zakirəsində xtəlif nqidlər sləndirildi. Ramil Əhmədin yi sanki bir az sqanclıq fonunda hiss olundu. "İlk beş-altı mləni oxuyanda tnin yaxşı bir redaktora ehtiyacı olduğunu hiss etdim. Ardı ni çəkmədi. Oxumadım. tn öoxutmur...".

- Əslində, Ramil Əhmədin bu rəyinin qısqanclıqdan irəli gəldiyini düşünmürəm. O, öz səmimi fikirlərini deyib. Sadəcə problem ondadır ki, müzakirədə altı qələm adamından fikir soruşulmuşdu və onların üçü şair idi. Nəsri tam duymaqda, hətta bəzi nasirlərimiz də çətinlik çəkir, qaldı ki, üç gənc şair, özü də, imzalarını, məsələn, Aqşin Yenisey, yaxud Qismət Rüstəmov qədər təsdiqlətməmiş gənc şairlər ola. Təbii ki, o müzakirələrə geri qayıtmaq niyyətim yoxdu. Tənqidlərə verdiyim cavabda hər şeyi ətraflı qeyd etmişdim və bu məsələylə bağlı həm Ramil Əhməd, həm də Ulucay Akiflə yüngülvari ədəbi konlikt də yaşadıq. Ancaq bu konflikt daha sonra Qubadakı ədəbiyyat festivalı zamanı dostyana söhbətlərlə, zarafatcıl müzakirələrlə əvəz edildi. Qələm dostlarımızın hər birinə uğur arzulayıram.

- Ümumiyyətlə, hekayə haqqında şairin fikir yləsi r doğrudur?

- Məncə, elə də doğru deyil. Nəsri tam duymaq üçün bu sahədə uzunmüddətli müşahidə lazımdır. Məsələn, mən Kafkanın "Məhkəmə"sini birinci dəfə oxuyanda onu darıxdırıcı və mənasız bir roman hesab etmişdim. İkinci dəfə oxuyanda isə böyük zövq aldım. Sonra hətta üçüncü dəfə də oxudum. Əgər bir şair güclü nəsr mütaliəsinə malikdirsə, bu zaman onun dəyərləndirməsinə güvənmək olar. 

- Bir də "əbi çevrə"nin "amansız" ftarı var...

- İstedadı və özünə inamı yüksək olan qələm adamı üçün bu "amansız" rəftar, məncə, katalizator rolunu oynayır. Yəni hər hansı müəllifə qarşı "amansız" davranıldıqda bu rəftar həmin müəllifin qələmini itiləyə, ona daha da ilham verə bilər. Məsələn, Heminquey "Qoca və dəniz" romanını məhz bu cür qəddar rəftarların acığına yazmışdı. Nəticədə şedevr yaratmışdı. Təbii ki, bunun əksi də ola bilər. Belə rəftarlar istedadlı müəllifi sındıra, zəiflədə, həvəsdən sala da bilər.

- n taliəsi olmayan, dil bilgisi olmayan, az da olsa istedadı olmayan, ancaq "çevik" və "xlisiz" imzaların r yerdə ntü yaratmağık. Belə hallarda hansı çıxış yollarından istifadə etmək olar?

- Məncə, belə hallarda xüsusi nəsə etmək lazım deyil. Əgər o müəlliflər, doğrudan da, istedadsızdırlarsa, zamanla özləri yoxa çıxacaq və onları xatırlayan da olmayacaq. Ancaq bu məsələylə bağlı narahatedici məqamlardan biri odur ki, bəzən istedadlı adamlar da zəif mətnlərə tərif yağdırır. "Kruq" ədəbiyyatından bəhs edən "Azərbaycan ədəbi mühitinə ötəri bir nəzər" adlı yazımda sırf bu məqamlara toxunmuşdum.

- Bir yazında qeyd etmisən ki, Nadir Yalçın 21 yaşı var n bu suallara cavab vermək ini onun yox, tnə Nadir kimi yanaşan yetkin yazıçılar varsa, onların çiyninə qoymaq istərdim istərdim ki, bu suallardan sonra Nadir y ödə üonlara f tutub, "hadi, anlat şimdi, hadi"  deyək cavabı onlardan zləsin. ncə, bu yanşma bir az rt deyilmi?

- Məncə, elə də sərt deyil. Nadir istedadlı oğlandır. Amma təbii ki, hər birimiz kimi onun da mətn duyumu ilə bağlı müəyyən çatışmazlıqları var. Hekayəm haqqında yazdığı tənqidi yazıda bunu büruzə vermişdi. Əslində, mən düşünürəm ki, yazarlar arasında elə bir səmimiyyət olmalıdır ki, bir-birimizin əsərlərini rahatlıqla tənqid edə, ürək sözlərimizi tam açıq şəkildə bir-birimizə deyə bilək. Bundan inciməməyi bacaraq. Məsələn, Heminqueylə Fitzcerald çox yaxın dost olublar, amma Heminquey Fitzceralda yazdığı məktubda "Böyük Qetsbi" əsəri haqqında fikir bildirəndə, əsərin mənfi tərəflərini çəkinmədən, o qədər açıq-saçıq yazır ki, adam heyran olur.

- Hekayələrində intellektual yanaşma özünü yaxşı mənada göstərir. Tənqidlər daha çox dil ilə bağlıdır. Necə düşünürsən?

- Əslində, dil məsələsinə gəldikdə, uğursuz müəllif olduğumu zənn etmirəm. Əksinə, yazı dilimin maraqlı və oxunaqlı olduğu qənaətindəyəm. Rəylərini aldığım zövqlü oxucular və müəlliflər də bunu deyiblər. Amma söhbət sırf kulis-də müzakirə edilən hekayəmdən gedirsə, ordakı dilin ənənəvi yazı dilimdən fərqli olduğunu deməliyəm. Yəni mənim hər zamankı yazı dilim o deyil. Sadəcə, o hekayə o üslubda yazılıb və zənnimcə, pis alınmayıb.

- Hekayənin dili necə olmalıdır ki?

- Məncə, məsələ dil yox, enerji məsələsidir. Əgər müəllif əsəri yazarkən ədəbiyyat üçün əlverişli olan ilham anındadırsa, o zaman sadə də yazsa, mürəkkəb də yazsa, ortaya gözəl bir mətn çıxacaq. Daha doğrusu, əsərin dilini məhz o ilham müəyyənləşdirəcək. Mən belə düşünürəm ki, mətnin verdiyi sosial-siyasi mesajlar yox, məhz bu enerji daha əhəmiyyətlidir. Məsələn, son vaxtlar oxuduğum mətnlərə əsasən desəm, Cavid Zeynallının "Zəmanəmizin qəhrəmanı", yaxud Orxan Saffarinin "Əjdər" hekayəsinin ilk abzaslarında belə bir enerjini duymaq mümkündür. Ancaq bu enerjini, misal üçün, nə Xəyyam Rəfilinin "Görünməyən kölgələr"ində, nə də Fəridənin müsabiqədə qalib olmuş hekayəsində duya bilmədim. Halbuki Xəyyamın o hekayəsi hörmətli tənqidçimiz Cavanşir Yusifli tərəfindən də, dəyərli yazıçı Alpay Azər tərəfindən də çox tərifləndi. Yaxud Ayxan Ayvazın yeni nəşr edilmiş "Pəncərəsiz" romanının hələlik oxuduğum 80 səhifəsində də belə bir enerji yoxdur. Əvəzində Ayxanın, Orhan Pamukun toyundan yazdığı reportajda bu enerji olduqca yüksəkdir.   

- Ədəbi müsabiqələrə, yarışmalara münasibətin?

- Müsabiqələrə münasibətim əladır. Bu məsələdə bəxtimin kəsdiyini də deməliyəm. Tərcümə müsabiqəsindən başqa, 2021-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi ədəbiyyat müsabiqəsində də qalib oldum.

- Hansısa ədəbi quruma üzvlüyə necə baxırsan?

- Yaxşı baxıram. Məncə, kifayət qədər normal və hətta bəzən gərəkli bir şeydir. Mən özüm də bu il Azərbaycan Yazıçılar Birliyinə üzv oldum.

- Uğurlu saydığın roman və hekayələr...

- Coysun "Dublinlilər"i, Heminquey və Şervud Andersonun hekayələri. Markesin "Tənhalığın yüz ili" və digər romanları, eləcə də hekayələri. Nabokovun "Lolita", Pamukun "Qara kitab" romanları, yaxud vaxtilə oxuyub çox zövq aldığım Moyemin "Ay və qara qəpik", Cek Londonun "Martin İden" romanları. Və sair və ilaxır.

Söhbətləşdi: Tural CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!