"Ədəbiyyatımızda oyunbaz mətnlər çoxdur" - Tanınmış şair, esseist və tərcüməçi Səlim Babullaoğlunun "Ədəbiyyat qəzeti"nə müsahibəsi

 

- İllər sonra söhbətimiz dünyanın düzəninin dəyişdiyi zamana təsadüf etdi. Dünyadakı bu dəyişiklik ədəbi mühitdə necə hiss olundu? Yaxud da hiss olundumu?

- "Ədəbi mühit" "canlı ünsiyyət"in sinonimidir. Canlı ünsiyyət aradan çıxır, onun yerini "cansız ünsiyyət" alır. Klassik qəzet-jurnal anlayışı da həmçinin. Amma fikirləşirəm və nədənsə, mənə elə gəlir ki, bu, ikinci məsələ bizdə, bizim də aid olduğumuz əski sovet coğrafiyasında belədir. Çünki Qərbi Avropa ölkələrində və ABŞ-da kağız mətbuat, o cümlədən ədəbi mətbuata qayıdış qeydə alındı, tirajlar artdı, oxucular çoxaldı. Mən bunu statistikaya əsaslanıb deyirəm.Türkiyədə də belədir. Adi bir rəqəm. Məsələn, Türkiyədə son 3 ildə çap olunan kitabların tirajı və sayı 2017-ci ilə qədər bütün cümhuriyyət dönəmindəki tirajı və sayı üstələdi. Kağız mətbuat və aşağı kitab tirajları ilə "ədəbi mühit" olmur. Hərçənd ki, ədəbiyyat yaranır. Çünki ədəbiyyatın yaranması mübhəm məsələdir. Təklik hadisəsidir mətnin yaranması. Amma yaranan mətnlər sanki konservləşir.

Təbii ki, yeni dövr, içə qapanma, bilgisayarın hegemoniyası ədəbi mühitə öz töhfələrini də verdi. Onlayn poeziya festivalları keçirildi. Məsələn, ötən il biz Bədii Tərcümə Mərkəzi olaraq bir onlayn beynəlxalq festival keçirdik. Yeri gəlmişkən, "Ədəbiyyat qəzeti" də tərəfdaşımız idi. Və mən özüm həm ötən il, həm bu il 2 belə festivalın iştirakçısı oldum. Onlayn yəni.

- Şair, esseist, tərcüməçi - bunlardan hansında daha çox Səlim Babullaoğlu var. Harda daha çox olduğunuzu düşünürsünüz?

- "Çox olmaq" kəmmi anlayışdır. Yəni kəmiyyət anlayışıdır. Bu məsələdən uzağam mən. Hesab edirəm ki, olduğun yerlərdə keyfiyyətlə olmalısan. Bu mənada "hardayam, nə qədərəm haqqında", özüm haqqında danışmağım düz olmaz. Yalnız bir şeyi qeyd edim. Narahat olduğum yer yoxdur, çünki həmin yerlərdə yoxam. Əlbəttə, narahat sözünü şərtiliklə, dırnaq içində deyirəm.

- Şairin şeiri topluma sevdirmək kimi bir öhdəliyi varmı?

- Günel xanım, heç kimin belə öhdəliyi yoxdur. Çünki bu sayaq işlər öhdəliklə olmur.

- lim y, bir çox xarici şairlərin şeirlərini dilimizə rcüetmisiniz. Əcnəbi bir şairin Azərbaycan dilində yaşaya bilməsi üçün susi bir yol varmı?

- Var, əlbəttə. Çeviridən əvvəl fikirləşməlisən ki, çevirmək istədiyin mətni ilk oxudan sonra sənin özündə nəsə dəyişdimi? Əgər dəyişdisə, demək, o mətn başqalarına da təsir edəcək. Mütləq. Qalanı isə texniki məsələ, peşəkarlıq məsələsidir. Yəni akademik söhbətlərdir.

 

- Hansısa şairi dilimizə rcüedərkən Azərbaycan dilinin sizə yetmədiyini düşündüz anlar olubmu?

- Nə yaxşı bu sualı verdiniz. Dünyada elə bir şair yoxdur ki, onun ana dilimizdə səslənməsində "dilimizin acizliyi" kimi bir problem olsun. Belə düşüncəm və təcrübəm heç vaxt olmayıb. Nə intuitiv, nə praktik...

- nyanın r yerində şeir çox az oxunan bir əbi qoldur. Amma nsə, hamı şair olmaq istəyir. Bu n irəli lir, sizcə?

- Bu sual da xoşuma gəldi. Bayaq dediyim kəmiyyət-keyfiyyət məsələsinin davamıdır. Poetik söz daha qədim sözdür. Daha sirlidir. Enerjilidir. Poeziya - ali dil hadisəsidir, faktıdır. Əntiq şeyləri, qədim və ali şeyləri, vəzndə ağır, çəkidə yüngül şeyləri hamı sevir.

- Bir yerdə oxumuşdum ki, "bir şair ancaq öndən əvvəlkiləri  xaraq öyer edə bilər. Bu fikirdə razılaşdığız qam varmı?

- Qədimdə sən özündən əvvəlki şairləri oxumalı və on minlərlə misra əzbərləməli, sonra təqlid eləməli, sonra onları da, təqlidləri və vərdişləri də unutmalı, axırda isə özünü unutmalı, bir növ, özünü yenidən yapmalı idin. Özündən əvvəlkiləri deyil, məncə, daha çox özünü yıxmağı bacarmalısan.

- İşiniz rflərlə, zlərlədir. Öbir rfə nzətsəniz o hansı rf olardı?

- Daha çox A hərfinə. Biz adamıq, Adəm övladıyıq. Hər kəs öz ömrünün Adəmidir.

- Dil ilə oynamaq necə bir duyğudur?

- Dil ilə oynadıqlarını düşünənlər, üzrlü sayın, nadan olmalıdır, əlbəttə, bir qayda olaraq da bundan xəbərsiz olmalıdırlar. Biz dili ilk olaraq anamızla ünsiyyət vasitəsi tanımışıq. Belə şeylə oynamaq olarmı, siz deyin? Biz dillə dua etmişik, Allaha xitab etmişik, belə şeylə oynamaq olarmı? Dil, söz insandan qədim hadisədir. Çünki insan özü sözdür, dildir.

Təəssüflə deyirəm, ədəbiyyatımızda oyunbaz mətnlər çoxdur. Yəni dillə oyandıqlarını düşünənlərin mətnləri. Amma keçəcək. Eliotun şeiri yadıma düşdü:

"İlahi, ilhamla deyirəm: Ey ağıllı adamların bədbəxt şəhərləri, // Ey ziyalıların zavallı tör-töküntüləri, // Öz bicliyinin dolanbaclarında azmışlar, // Öz kəşfləri tərəfindən satılmışlar: // Mən sizə əl verdim, dua üçün açmadınız, // Mən sizə nitq verdim, susmadan çərənlədiniz, // Mən sizə Qanun verdim, siz müəssisələr qurdunuz, // Mən sizə dostluğu bəyan etsin deyə, dodaq verdim, // Mən sizə ürək verdim, siz şübhələrlə hər şeyi uçurdunuz, // Mən sizə seçim verdim, tərəddüd etdiniz - Bəhrəsiz fikirlə düşüncəsiz əməl arasında vurnuxdunuz...".

Hesab edirəm ki, yazan adam dilin alətidir. Odur ki, oyun mümkün deyil.

- Məlum sürət əsrində yaşayırıq. Sayları elə çox olmasa da, ədəbiyyat təbliğ edən elektron dərgilər var. Sizcə, elektron dərgilər ədəbiyyatı təbliğ məsələsində əsas məqsədə çata bilirmi. Ümumilikdə internetin şeirə və ədəbiyyata faydası varmı?

- Şeirə yox, şeirin daha tez yayılmasına, ola bilsin ki, faydası var. Amma pis şeirin də tez yayılmasına faydası var. Çap nəşrlər qalmalıdır, fikrimcə. Ona görə yox ki, çap nəşrlərindəki mətnlərin hamısı unikaldır. Kino çıxdı, amma teatr qaldı, opera qaldı. Şüşə-metal konstruksiyalı göydələnlər tikildi, amma qəsrlər, qalalar da qaldı. Niyə?

- Ümumiyyətlə, internetin çap nəşrlərə mənfi və müsbət təsirləri varmı?

- Hesab edirəm ki, bu, qarşılıqlı ziyanlı və faydalı təsirlərdir. Məsələn, mən internetlə kağız kitablar da sifariş edirəm. Bu mənə görə xeyirli tərəfdir.

- Kimisi oturub bir mövzu üzərində şeirini qurar, kimisi ilham gələndə yazar. Hər şairin şeirinin doğulma prinsipi başqadır. Səlim Babullaoğlunun şeir yazma prosesi mənə çox maraqlıdır.

- Hər şeir üçün bir ilham pərisi tələb olunsaydı, şairlərin hərəmxanası olmalıydı (gülür). Bu, zarafatdır, əlbəttə. Amma ciddi desəm, mən ilham pərisi məsələsinə skeptik baxıram. İnsan hissi və əqli başlanğıcı olan ali varlıqdır. Onun bütün fəaliyyətində hər ikisi sezilməlidir, sezilir.

- Həyatın hər səsi, hər ahəngi işimə yarayır deyənlərdənsiniz?

- Həyata yararlılıq baxımından yanaşmanı düzgün hesab etmirəm. Bacarsaq, sevgiylə baxaq, onda hər şeyin yararlı olduğunu, daha doğrusu, yararsız heç nəyin olmadığını bəlkə anlarıq.

- Ata olan yaradıcı adamlara xüsusilə verdiyim bir sual var. Ata olmaq şeirin harasındadır?

- Qızım balaca idi. Gəzməyə çıxmışdıq, göyə baxdı və dedi ki, ata, mən bilirəm, ulduzlar göydə yatır. Bu, şeir idi. Xalis poeziya. Görünür, övladlarının söhbətlərində, nitqlərində...

 

Söhbətləşdi: Günel MUSA


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!