Ziyalılar Feyzavər Turan Alpsarın vəfatını dərin kədər hissi ilə qarşılayıb

Xalq yazıçısı Anar

Əli bəy Hüseynzadənin son yadigarı - sevimli qız balası Feyzavər xanımın vəfatı şəxsən mənim üçün də ağır itgidir. Feyzavər xanım uzun ömür sürdü. Səlim Turanın vida mərasimində  çıxış etmişdim.  Sonra Feyzavər xanımı İstanbulda evində ziyarət etdim. Feyzavər Alpsar Əli bəyin irsinin qorunmasında böyük xidmətlər göstərdi.

Azərbaycan dövləti, ölkəmizin başçısı Əli bəy Hüseynzadə irsinə layiqincə sahib çıxdı, onun tarixi qiymətini verdi. Eyni zamanda, bu ocağın son yadigarı Feyzavər xanıma xüsusi diqqət göstərdi. Bu dəyərli və çox vacib diqqət Feyzavər xanımın son və ən böyük təsəllisi oldu.

Allah rəhmət eləsin.

Xalq yazıçısı Elçin

Əli bəy Hüseynzadənin qızı, Səlim Turanın bacısı Feyzavər xanımın vəfatı xəbərini ağır kədər hissilə qarşıladım. İlk xatırladığım unudulmaz Səlim Turan oldu. 1987-ci ildə Parisə səfərim zamanı Səlim Turanla, onun həyat yoldaşı Şahiqa xanımla olan görüşümü unudulmaz duyğularla xatırlayıram. Sonra mən İstanbulda Əli bəyin böyük qızı Saida Santurla da görüşdüm.

Feyzavər xanım rəssam idi. O, mənim yaddaşımda həm Əli bəy Hüseynzadənin son yadigarı kimi, həm də rəssam kimi qalacaq.

Qəbri nurla dolsun.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa HƏBİBBƏYLİ

Azərbaycan xalqı Feyzavər xanımı geniş dünyagörüşünə malik, Azərbaycanı və xalqını sevən zəngin mənəviyyatlı bir xanım kimi qəbul etmişdir. Əli bəyin son yadigarı Feyzavər xanımın dünyasını dəyişməsi Azərbaycan ziyalıları üçün böyük itkidir.

Allah rəhmət eləsin!

Sabiq səhiyyə naziri, "Təfəkkür" Universitetinin rektoru, professor Rahim Hüseynov

Azərbaycanda Hüseynzadə soyadının daşıyıcılarından biri kimi, bu ağır və əvəzedilməz itkiyə görə Feyzavər xanımın əzizlərinə, türk  istiqlal məfkurəsindən bəhrələnən hər kəsə Əli bəy Hüseynzadənin dünyaya gəldiyi qədim Salyan torpağının insanları adından, şəxsən  öz adımdan dərin hüzünlə başsağlığı verirəm.

Türk millətinin başı sağ olsun.

Prof. Dr. İbrahim Yıldırım

Bilindiği gibi Feyzaver Alpsar Türk Dünyası'nın sessiz ışığı, büyük mütefekkir Alibey Hüseyinzade'nin küçük kızıdır.

1919 yılının son günü İstanbul'da Nur-u Osmaniye'de Bab-ı Ali'ye yakın bir evde doğmuştur. İlk ve orta okul sonrası Kız Sanat Lisesi'ni bitirince Güzel Sanatlar Akademisine girmiş, Resim bölümünde eğitimini devam ettirmiştir.

Feyzaver Hanımefendi, ablası Seyide ve ağabeyi Selim ile tam bir kültür, sanat ve bilim dünyası içinde büyüdüğünü söyler. Cumhuriyet Türkiyesi ablası Seyide'yi bir devlet bursu verip Lyon'a matematik tahsiline göndermiştir. Selim ise Galatasaray Lisesi sonrası Güzel Sanatlar Akademisi, resim bölümünü bitirmiş, bir süre sonra Fransa'ya gitmiştir.

Feyzaver Hanım 1940 yılında atasını yitirmiş, aynı yıl Mehmed Ali Alpsar ile evlenmiştir. Kaymakam olan eşinin görevi nedeniyle on yıl Anadolu'da yaşamışlar, daha sonra Ankara'ya dönmüşlerdir. Ankara'da İç İşleri Bakanlığı'nda dokuz yıl görev yapan eşi İstanbul'a Emniyet Müdürü olarak atanınca Feyzaver Hanım tekrar sanat hayatına dönmüş, Şişli'de bir sanat galerisi açmıştır. Ancak bu işin çok yorucu olduğunu görünce kapatmış, "Geleneksel ve Modern Şahmeran" resimlerinden oluşan sergiler açmış, son sergisini 1995 te gerçekleştirmiştir.

25 yıl önce tanıdığım Feyzaver Hanım 'atamı çok sever ve büyük bir şahsiyet olduğunu bilirdim ama Türk Dünyası'nda bu kadar büyük bir kültür adamı ve mütefekkir olduğunu bilmezdim, geç de olsa bana onu tanıtanlar sağ olsun' derdi.

Alibey Hüseyinzade'nin eserlerini saklayan ablası Seyide Hanım  Ali Haydar Bayat ile birlikte Azerbaycan'a Salyan'a ziyarete gidince Feyzaver Hanım onlara iştirak edememiş, buna çok üzülmüştü. Seyide Hanım vefat edince atasının eserlerini  onun evinden almış, bu güne kadar muhafaza etmişti.

Dostluğunu uzun yıllardır taşıdığım Feyzaver Hanım atası Alibey'i her gün daha yakından hissetmiş, ona düşen sorumluluğun ne kadar ağır olduğunu fark etmişti. Birlikte olduğumuz zamanlar bana "biliyor musun babama ait bir şey daha buldum" der, sevinçle gösterirdi. Bazı fotoğrafların kimler olduğunu birlikte araştırır isimleri okurduk o da kendi yazısı ile yazar saklardı.

Azerbaycan'dan ilk ziyaretler başladığında talihsiz bir olay olmuş, uzun süre kimseyi kabul etmek istememişti.

Benim tanıştırdığım değerli insanları tanıdıkça ve bizlerin telkini ile yumşamış, kendi yurdunu daha çok merak etmişti. Hekimler seyahat etmesini mahzurlu görünce Azerbaycan'a gidememiş, üzülmüştü.

Ağabeyi Selim Turan tüm eserlerini İstanbul Üniversitesi'ne bağışlamış, orada özel ve daimi bir galeri yapılmıştı.

Atasının eserleri için kendisine gelen teklifleri ise devamlı geri çevirmişti. Karar vermesi cetin olacaktı. Onun için her gün biraz biraz, adım adım gitmek, onun ne hissettiğini anlamak ve paylaşmak gerekiyordu. Çok kibar bir insandı. Bir kaç gün gidememişsem hemen telefon eder çaya çağırırdı.

Sonunda "Hayat Gazetesi"nin tüm sayılarının Ege Üniversitesi'ne verilmesi, diğer tüm resimler ile eşyalarının  Azerbaycan'a taşınması ve İstiklal müzesine  yerleştirilmesi, tam da onun gönlüne  uygun  oldu. Diğer yazışmalar ve eserler halen İstanbul'da Alibey'in dostu olan bir ailenin çocukları tarafından saklanmakta, gün yüzüne çıkarılmayı beklemektedir. Feyzaver Hanım'a kendilerinin hazırlayıp yazacaklarını söylemektedirler. Umarım yaparlar.

Alibey Hüseyinzade'yi bize tekrar taşıyan Feyzaver Hanım'a Türk Dünyası ne kadar teşekkür etse azdır.

Mekanı cennet olsun.