Hələbdəki Azərbaycan... - İdris HEYDƏRLİ

 

Sührəverdinin məzarını ziyarət edəndə Sührəverdi yaşında idim, il 2006 idi.

Vüqar Muradov, Fərhad və mən.

Hələbdə Hüllük məhləsində

"Öldürülmüş filosof" yazılıb məzarının üstündə.Məzar məsciddin içində bir küncdədir, namaz vaxtı idi.

Məsciddin imamı "bura ziyarətə İranda gələnlər olur" - dedi,

Kim bu adam? Deyə soruşdum, nə marağında, nə də yaddında cidd bir tanıması yox idi,

Bir filosof, öldürülüb, bu da bir uşaq qəbrini xatırladan məzarıdır.

Kimdir ki, Sührəverdi?

Fəlsəfə tarixində işrakı bir düşüncənın qurucusudur,

Nədir işrakilik?

Bir nəzəri yoldur.

"İşık heykəlləri" kiçicik bir kitabça idi, 1988-ci ildimi, sonra idi, tam xatırlamıram, çap olundu...

Zakir Məmmədov tərcümə etmışdı, bir də "Filosofların görüşləri" kitabçası var idi, hər iki kitabça müəllifi Şihabəddi Sühreverdi, tərcümə və tədqiqat Zakir Məmmədova aid idi.

Fəlsəfə marağım bu kitabçaları həmən oxumağa can atdı, amma anlaya bilmədim, oxuya bilmədim.

Bu gündə o kitabçalar kitabxanamdadır, hər dəfə qayıdıb, oxumağ, anlamağ istəmişəm, olmayıb.

Hələbdə Sührəverdini ziyarət edən bəlkə də tək Azərbaycanlı idik,

Vüqar Muradov, Fərhad və mən.

Fəlsəfə ağlın yaratdığı bir anlayışlar toplusudur,

Ağıl aldadıcı ola bilir, bilinəndən bilinməyənə can atır,

Sührəverdi isə bu üsulu qəbul etmir, görünəndən görünməyənə yol açmaq istəyir.

Əşyanın özü ilə həqiqəti arasında qərar verici tərəf səhv edə bilər, bu aldadıcıdır,

Öz hər zaman həqiqəti göstərə bilmir, açıqlaya bilmir,

İşıq olmadığca qaranlıqı aydınlatmaq mümkün deyil.

İşıq isə Nura çevrildiyi zaman adını qoya bilmədiyin, anlayışlar içində tanımadığın bir hiss səni aydınlada bilir, dəyişə bilir.

Sührəverdi 37 il yaşadı, Səlahəddin Eyyubinin oğlu Məlik şahı Hələbdə bu düşüncəsi ilə şagirdinə çevirmişdi. Səlahəddin Eyyubi dini şafeyi əşari bir ənənə ilə tanımışdı, Sührəverdi isə tam fərqli bir baxışla fərqlilik gətirmişdi onların dünyalarına. Bu Hələb düşüncəsinin əksi olan bir təfəkkür idi. Hələb Şamın təsirindən çıxa bilərdi, ən təhlükəli olanda budur.

Hələb Qüdsün qapısıdır, bu qapı hansı məktəbin, hansı yolun seçilməsini siyasi hakimiyyətin verdiyi qərarla yönəldirilər.

Azərbaycan üçün ən ciddi qapı da Hələbdir. Azərbaycan coğrafiyasını özünün etmək istəyən siyasi güc Hələbdə mücadilə vermədən Güc ola bilmə fürsətini itirmiş olur.

Hələbi düşüncə olaraq mənimsəmək prosesi uzun bir yüzilliklər biyu bu səbəbdən davam etdi.

Sührəverdi ilə Nəsimi Azərbaycan hövzəsinin elm mücadiləsi üçün verdiyi bir savaşdır. Bu savaşın siyasi tərəfləri vacib bir detal deyil, bu bağlantılar coğrafi olaraq şəkillənən Azərbaycanın miras olaraq davam etdirdiyi mədəniyyət dilidir.

Səlahəddin Əyyubi Bəhri Məmlüklərinin davamıdır, Sührəverdi onun zamanında öldürüldü,

Müəyyəd isə Bürcü Məmlüklərinin davamıdır, Nəsimi onun zamanında qətl edildi.

Hər iki Məmlüklər Azərbaycan bağı daşıyırlar, türk kimliyinin qoruyucu daşıyıcılarıdırlar. Misiri qoruyanla Dərbəndi qoruyan eyni kimlikdir, eyni gücdür. Bunu bilmədən nə coğrafi, nə siyasi, nə də mədəniyyət tarixi yazılmaz.

İslamın dilrilişi ilə Yəmənlə bağlanan siyasi, ticari, elmi paylaşımlar Azərbaycanın təməlləşməsinə yol açdı,

Hələbdə Heydəriyyə məhləsində Əhməd İspərlə söhbətimizdə Yəmən dərdini danışırdıq, Gölən təpələrinin bir adının da Əzərbaycan olduğunu söylədi, kim bu Yəmənlilər, əzərbaycanlılar, türkmənlər dedi.

Sizin Nəsimi olaraq tanıdığınız Hələbi biz inşa etdik, türkmənlər. Nəsiminin bədən parçalarının kimə göndərildiyini bilirsinizmi?

Zülqədirli tayfasına, Qarayörüklərin başçısına.

Orda Vüqar Muradov idi, Fərhad idi və mən.

Bu Hələb haqqında Vuqar Muradovla bərabər hazırladığımız kitabdan bir seçmədir,

Vuqar Muradovun o zamankı yaddaşı foto idi, Hələbi onun gözü ilə artıq bir yaddaşdır,

Mənim isə yazı xatirələrim qaldı,

Fərhadın kamerası isə gizlənən bir göz kimi kadrları miras buraxdı,

Vuqar Muradovun Hələbindən bir Nəsimi dünyası rəsmlərə döndü,

O Nəsmimini tanıdacaq sərgimi olacaq, kitabmı olacaq, hələ düşünürük,

Bu yazıdır, o zaman yaşadıq,

İndi isə yazmağı düşünürük, Vuqar fırçası ilə, mən qələmimlə,

Bu qədər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!