Şeyx Cəmaləddin Gəncəvi... - Şöhrət QARAOĞLU yazır

Şeyx Cəmaləddin ibn Nizami Gəncəvinin "Maidətul-hikəmə" əsərinin səciyyəvi prinsiplərinə Nəsiminin elmi münasibəti

 

Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə bizim təqdimatımızla işıq üzü görən Şeyx Cəmaləddin ibn Nizami Gəncəvinin  yaradıcılığı haqqında mənbələr həddən ziyadə qədim və çox az öyrənilməsi ilə nəzəri cəlb edir. Belə ki,  "Maidətul - hikəmə" kimi mürəkkəb dil prinsipləri ilə və eyni zamanda təsəvvüf və irfanın zəngin olan müvafiq  mərifətlər ezoterizmi ilə bəlli bilinməklə Şeyx Cəmaləddin qələminə məxsus olan bu əsər, əslində, təsəvvüf mündəricəsinin irfanca zəngin olan  məna anlamlarının bütün lay və qatları ilə daha dərin ezoterik səciyyə əhatəsinə malikdir. Bu baxımdan Şeyx Cəmaləddin yaradıcılığına Şah İsmayıl Xətai münasibətini şairin öz misralarında izləmək məsələnin tam tarixi təfərrüatını aydın şəkildə öyrənməyə daha geniş qapılar açmış olar:     

Şeyx əzəm

Elimdən bir nur açılmış üzü Gəncəyə sarı,

Hədislərlə iy davranmış

                        məntiq olmuş onun yarı.

Vücudu Həqdən həqq tapmış

                        həqq ilə həqqanələnmiş,

"Quran"da toxum səpmiş kuyin olmuş nübarı.

Məktəbi - həqdə dərs almış süluk etmiş mənalara,

İbadəti feyz eyləmiş səffar etmiş həm barı.

Bülbülanə söz söyləmiş izhar etmiş təhlili,

Damı dalda damdalamış dəncilləmiş dəmdarı.

Xətayi bil nokərdi elmi mərifətdə sənə,

Şeyximiz Cəmaləddin misali - bar verən arı.

Qeyd etmək lazımdır ki, özünün "Qurani-Kərim" və ümumən "Quran" elmləri sahəsində nüfuz və səviyyəsinə görə cəmiyyən Şərq dünyasının böyük və əhatəli olan  əxlaqi keyfiyyətləri ilə seçilən Şeyx Cəmaləddin ibn Nizami Gəncəvinin barəsində özündən sonrakı dönəmlərin əksər üləma və irfan əhli öz fikr və mülahizələrini bəyan etməyi məxsusi olaraq zərurət hesab etmişdilər.

Bu baxımdan Seyyid Əli İmadəddin Nəsiminin Şeyx Cəmaləddin barədə söylədiyi fikrlər özünün bəlağət və mərifət zənginliyinə görə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Nəsiminin Şeyx Cəmaləddin ibn Nizmi Gəncəviyə həsr etdiyi "Şeyx Əzəm itəfnaməsi" yalnız nəsimişünaslıq tarixi üçün deyil, ümumilikdə irfan tarixinin ən qiymətli abidələrindən hesab edilir:

Nuri - qılman Farsi Salman etdi ənam bizlərə,

Elmidən hicab açmış Cəmaləddin "ifa" sözlərə.

Zülfi - sima bulunmazmış sədvi inacın heylərə,

Lima - turiddən nur açıb səpələmiş gözlərə.

Həqqi əncam əlhəqq qılıb

                         ənəlhəqdən sən ol həqqə,

Səhifə qələm şahid durmuş

                          mədrəsə olmuş dizlərə.

Seyrə çıxanlar tən gəlib Cəmaləddin izlərinə,

Nöqtey - izafətdir açıb bir də gizlədər.

Mərifət təəccüb etmiş eşq evinin sahibinə,

Nüfuz eylə nəffaslara məşəqqətdən sızladar.

Əlif gətir mimə tay qoy

                         vav əlifə məddi - vay qoy,

Cəmaləddin çox əcəbdir, arifləri buzladar.

Nəsimi sığmaz əsla iki cahan sığan yerə,

Şeyximiz Cəmaləddin salikləri suzladar.

Qeyd: "Mən fəqir bəndə Molla Yəhya Badikubeyi deyirəm ki, Şeyx Cəmaləddin Gəncəviyə Seyyid Əli Nəsiminin qiymət verdiyi qədər heç bir kəs qiymət verməmişdir. Seyyid Nəsimi belə deyirdi: "Mərifət elmində hər hansı meyxanə  qapısını döydümsə, bura Şeyx Cəmaləddinə məxsusdur dedilər. Bizim Şeyximiz Cəmaləddin tacifatdan əsli - həqqə doğru seyr edən alimi - rəbbanidir".

Qeyd: Füzuli Şeyx Cəmaləddin haqqında belə demişdir: "Mövlana Şeyx Cəmaləddin Gəncəvi təfsirdən məntiqə, hikmətdən hədislərə, usuldan fiqhə, kəlamdan əruza tərcüməçi işləyən ən mahir lüğətşünasdır".

Ey Füzuli, gəl həqqə sən

               alqış eylə mərifətdə səy eyləmə,

O yerdə ki, Cəmaləddin səy edibdir,

                           o yerlərə meyl eyləmə.

Məşhur Azərbaycan şairi Seyyid Əbülqasim Nəbati isə Şeyx Cəmaləddin haqqında belə deyib: "Şərqdə hikmət məktəbinin ən ali İlahişünası Şeyx Cəmaləddin Gəncəvidir. Belə ki, o, Əbu Əli ibn Sinadan çox - çox qabaqlara getmişdir. Fərqi bunda idi ki, İbn Sinanı başa düşənlər Şeyx Cəmaləddin elminə yol tapa bilmədilər".

Seyid Əzim Şirvani isə Şeyx Cəmaləddin mərifətinə belə qiymət verir: "Şeyx Nizami Gəncəvinin oğlu Şeyx Cəmaləddin Gəncəvi Şərq düşüncəsi üçün elm dəryasının üfiqində yenicə doğmuş hikmət günəşidir".

Seyyida, söyləmə kim məhrəm olar Şeyxə yar,

Cəmaləddin bizdə varsa, bizdə olan bizdə var.

Nəzərə almaq lazımdır ki, Şeyx Cəmaləddin yaradıcılığının və ümumilikdə təsəvvüf ədəbiyyatının bütün Şərqdə tanınmış tədqiqatçılarından hesab edilən Əllamə Şeyx Mürtəza Təbəristani Şeyx Cəmaləddin yaradıcılığının bu istiqamətdən tədqiqində özündən əvvəl və daha sonrakı tədqiqatçılardan daha ətraflı və daha elmi zənginliklə məsələnin geniş analitikasının təqdimatını verə bilməsi ilə diqqəti cəlb edir. Bu mənada klassik ədəbiyyatımızın tarixi ənənələr prisiplərinin də müəyyən səciyyə incəliyini müşahidə etmək elə də çətinlik törətmir. Belə ki, irəlidə qeyd etdiyimiz kimi, Şeyx Cəmaləddin ibn Nizami Gəncəvi özünün "Maidətul-hikəmə" əsərində daha çox təsəvvüf mündəricəli ədəbi nümunələrdə ən çox Bəxtiyar ibn Cavanşir Muğaninin "Mahmud və Məryəm" məsnəvisinə istinadları ilə diqqəti cəlb edir, nəinki atası Nizami Gəncəvinin "Xəmsə"sinə. Bu baxımdan başlıca səbəb olmaqla, əlbəttə, təsəvvüf ədəbiyyatının prinsipləri baxımından leytmotiv zənginliyi "Maidətul-hikəmə" məzmununda Şərqin bütün ədəbi mündəricəli klassik nümunələrindən daha əhatəli və daha sistemlidir. Bu səciyyəvi əxlaq və mərifət irfan ədəbiyyatının məzmun mahiyyətində elmi-nəzəri düşüncə tərzinin həm ərkani və həm də mərifətin fəlsəfi "Qurani-Kərim" mündəricəsi ilə təsəvvüfün elmi-fəlsəfi dünyagörüşündə vahid sistem olmaqla stimullaşdırılmış mahiyyətində özünü nümayiş etdirə bilir. Əslində, bütün bu səciyyəvi təsəvvüf mündəricəsi "Maidətul-hikəmə"nin bir irfan abidəsi olmaqla özündə ehtiva etdiyi məzmun dərinliyindəki fəlsəfənin əxlaq mündəricatından qeyri bir şey deyildir.

"Maidətul-hikəmə" əsəri beş fəsil və on altı babdan ibarətdir. Şeyx Cəmaləddin ibn Nizami Gəncəvi bu fəlsəfi elmi əsəri yazarkən üç mindən çox mənbədən istifadə etmişdir. Qeyd etmək lazımdır ki, Şeyx Cəmaləddin ibn Nizami Gəncəvi iki yüz altmış şeyxdən dərs almışdır. Onun günümüzə qədər gəlib çatmış altı əsəri vardır: 1. "Maidətul hikmət". 2. "Təfsirul Quran fismail insan". 3. "Məntiqul Əkbər". 4. "Risalətul əruz". 5. "Əl rical fil hədis". 6. "Fiqhul-ümmət". 

Ən qədim dövr Azərbaycan ədəbiyyatının tədqiqi baxımından zənnimizcə, daha etibarlı və əhatəli səciyyəsinə görə heç şübhəsiz ki, göstərdiyimiz bu qədim və zəngin  mənbələr  tarixi əhəmiyyəti baxımından  konkret və zəngin məzmun prinsiplərinə malikdir. 

Bu əsərlərdən ən irihəcmlisi "Fiqhul-ümmət"dir.  Şeyx Cəmaləddinin daş çapı ilə nəşr olunmuş bu kitabı on altı cilddən ibarətdir. Əsərin hər cildi isə səkkiz yüz on səhifədir. Şeyx Cəmaləddin Gəncəvinin üçüncü kitabı isə altı cilddən ibarət olan  "Məntiqul Əkbər" əsəri  məntiq elmi tarixində ən irihəcmli mənbə hesab olunur. Şeyxin  dördüncü əsəri isə min səksən səhifədən ibarət olan "Risalətul əruz"dur. Bir cilddən ibarət olan bu əsər min səksən səhifədir. Bütün bu əsərlərdən savayı,  Şeyx Cəmaləddinin "Risalətul tibb", "Risalətul muğam", "Tarixul Əkbər", "Əl məcaz fil Quran" kimi əsərləri Şərqin qədim elmi fikir tarixində xüsusi əhəmiyyətə malik olan mənbələrdən hesab edilir.

Bunu da nəzərə almaq lazımdır ki, hələ ilk gənclik dövrlərində - iyirmi iki yaşında Şeyx Cəmaləddin ibn Nizami Gəncəvi özünün təsəvvüf tarixində məşhur olan "Maidətul-hikəmə" əsərini qələmə almışdır. Bu əsərinin araya-ərsəyə gəlməsi üçün Şeyx Cəmaləddin Gəncəvi üç ay on yeddi gün müstəhəbbi namaz qılmaqla, oruc tutmuşdur. "Maidətul-hikəmə" əsəri beş fəsil, on altı babdan ibarətdir. Əsərin birinci fəsli "Tovhid", ikinci fəsli "Ədl", üçüncü fəsli "Nübüvvət", dördüncü fəsli "İmamət", beşinci fəsli "Məad" adlanır. Birinci fəsil olan "Tovhid" dörd babdan, ikinci fəsil "Ədl" iki babdan, üçüncü fəsil "Nübüvvət" dörd babdan, dördüncü fəsil "İmamət" dörd babdan, beşinci fəsil olan  "Məad" isə iki babdan ibarətdir.

Şeyx Cəmaləddin ibn Nizami Gəncəvi təsəvvüf tarixində ilk dəfə olaraq "Tovhid", "Ədl", "Nübüvvət", "İmamət" və "Məad" anlayışlarını konkret olaraq təsnifat səciyyələri ilə elmi-təsəvvüf və eləcə də elmi-irfan anlamları baxımından  təqdim etməklə irfanın nəzəri-elmi dünyagörüş tarixində kifayət qədər ciddi mərhələ dönəmini təmin etmiş oldu. Bunu da nəzərə almaq lazımdır ki, məhz bu tarixi dönəmlərdə elmi-irfan və elmi-təsəvvüf mövzusunda müstəqil nəzəri müddəalarla fikir söyləmək ciddi şərtiliklərə cavab verə bilmək baxımından həddən ziyadə mürəkkəb səciyyəviliklə diqqəti cəlb edirdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!