AYB-nin XIII qurultayöncəsi məruzələr kitabı nəşr olunub

 

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayöncəsi məruzələr kitabı nəşr olunub.

Kitaba nəsr (məruzəçi Elçin Hüseynbəyli), poeziya (İbrahim İlyaslı), dramaturgiya (Firuz Mustafa), ədəbi tənqid (Əsəd Cahangir), publisistika (Azər Turan), tərcümə (Səlim Babullaoğlu), uşaq ədəbiyyatı (Qəşəm Nəcəfzadə), Güney Azərbaycan ədəbiyyatı (Sayman Aruz), Türk dünyası ədəbiyyatı (Əkbər Qoşalı), gənclərin yaradıcılığı (Fərid Hüseyn), AYB-nin bölgə ədəbiyyatının vəziyyəti ilə (İlqar Fəhmi) bağlı on bir məruzə daxildir.

Nəşrin tərtibçisi və redaktoru AYB katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylidir.

AYB-nin XIII qurultayının payız aylarında keçirilməsi nəzərdə tutulur.

 

525.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!