Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çap olunub

 

Şair-publisist Faiq Balabəylinin “Bakı buxtası-20 yanvar” adlanan yeni kitabı “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb.

Kitabda 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən, Bakı şəhərində dinc sakinlərin qətlə yetirməsinə etiraz olaraq Bakı buxtasına toplaşıb ölkəmizə edilən hərbi təcavüzün dünya ictimaiyyətinə dəqiq çatdırılmasında mühüm və əsas rol oynayan Azərbaycan dənizçilərinin misilsiz qəhrəmanlığından bəhs olunur.

Həmçinin yeni nəşrdə hadisələrin iştirakçılarının xatirələri, ziyalıların qəhrəman dənizçilərin şücaəti haqqında fikirləri və dənizçilərimiz tərəfindən zamanında qəbul olunan qərarlar əksini tapıb.

Kitabın redaktoru Elnur Nəhməd, tərtib edəni Tural Balabəylidir.

Qeyd edək ki, 2003-cü ildə Faiq Balabəylinin bu mövzuda “Kəsilməyən həyəcan fiti” adlı kitabı da dərc olunmuşdu.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!