Təranə Vahidin “Qarışqa təqvimi” kitabı çap olunub

 

Tanınmış yazıçı, publisist Təranə Vahidin “Qarışqa təqvimi” hekayələr kitabı çapdan çıxıb.

Kitabda müəllifin son illərdə qələmə aldığı “Dəfn nəğmələri”, “Mən toz dənəsiyəm”, “Göy üzü qanamışdı”, “Uçan buludlar”, “Durna adam”, “Xırda bəhanələr” və onlarla bənzərsiz hekayələri yer alıb.

Xatırladaq ki, Təranə Vahidin eyniadlı hekayələr kitabı bu ilin mart ayında İstanbulda Türk Ədəbiyyatı Vəqfinin “Türkay” nəşriyyatında çap olunub və türkiyəli oxucular tərəfindən maraqla qarşılanıb.

Onu da qeyd edək ki, yazıçının 2013-cü ildə işıq üzü görən “Cənnətdən yuxarı” kitabı geniş oxucu auditoriyasının marağına səbəb olmuşdu. Müəllifin mədəniyyət tariximizə həsr olunan “Doxsan imza” publisistik məqalələr toplusu da hekayələri qədər diqqətəlayiqdir.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!