Buker mükafatının qısa siyahısı açıqlanıb

 

Buker mükafatının qısa siyahısı məlum olub.

Qısa siyahıda “Çaşqınlıq” romanına görə 2019-cu ilin “Pulitser mükafatı”nın qalibi Riçard Pauers;

“Böyük çevrə” kitabının müəllifi Meqqi Şipsted;

“Hamı bu barədə susur” əsərinə görə Patrisiya Lokvud;

“Şimala gedən yol” romanının müəllifi Anuk Arudpraqazam;

“Vəd” romanına görə Deymon Gelqut;

“Macəra axtaranlar” əsərinin müəllifi Nadifa Mohamedin adları yer alıb.

Siyahıya salınan kitablar 2020-ci il oktyabrın 1-dən Britaniya və İrlandiyada çap olunan 158 əsər arasından seçilib.

Mükafatın qalibi noyabrın 3-də məlum olacaq. Qalibi 50 min funt sterlinq pul mükafatı gözləyir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!