Xocalı faciəsinə həsr olunmuş şeir müsabiqəsi elan edilib

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fevralın 27-dək 16-35 yaşarası gənclər arasında "Xocalı faciəsi ədəbiyyatda" - Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr edilmiş şeir müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyənlər fevralın 27-dək Xocalı faciəsi mövzusunda yazılmış şeirlərdən birinin səsləndirilmiş videoyazısını (şeir müsabiqə iştirakçısı tərəfindən səsləndirilməlidir) kitabxananın email ünvanına ([email protected]) və ya sosial şəbəkə səhifələrinə təqdim etməlidirlər.

Təqdim olunan şeir qiraət videoları kitabxananın “Instagram” və “Facebook” səhifələrində yerləşdiriləcək. Qaliblər onlayn səs çoxluğu əsasında (“Bəyənmə” sayına görə) müəyyən ediləcək. Qalib iki nəfər seçiləcək və kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaq.

Şeir müsabiqəsinə göndərilən materiallarla kitabxananın “Instagram” və “Facebook” səhifələri vasitəsilə tanış olmaq olar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!