“Ulduz” jurnalının yeni sayı işıq üzü görüb

 

“Ulduz” jurnalının 2021-ci il üçün ilk, yanvar nömrəsi işıq üzü görüb. “Ədəbiyyat qəzeti” ilə birgə layihənin əsasında hasilə gələn jurnalın bu sayı  poeziyamızda vətən, Qarabağ mövzusuna həsr olunmuş “Xüsusi buraxılış”dır. Şeirlərin tərtibatçısı və “Poeziyada Vətən” adlı ön sözün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Qeyd edək ki, ən seçmə şeirlərlə tərtib olunan jurnal Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ithafdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!