Şamil Salmanovun seçilmiş əsərlərindən ibarət “Böyük yaradıcılıq yolu” kitabı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat Nəzəriyyəsi şöbəsi tərəfindən Şamil Salmanovun “Böyük yaradıcılıq yolu” kitabı nəşr olunub. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib.

Kitabın elmi redaktoru və “Ənənə və novatorluq: anlayışının dinamikası” adlı ön sözünün müəllifi filologiya elmləri doktoru, professor Tahirə Məmməddir. Rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Məhəmmədəli Mustafayev və Pərvanə İsayevadır. Çapa hazırlayan və tərtib edəni filologiya üzrə fəlsəfə doktoru, dosent Simuzər İsmayılovadır. O həmçinin “Şamil Salmanovun ömür yolu və elmi fəaliyyətinin əsas istiqamətləri” tanıtım yazısının da müəllifidir.

“Avropa” nəşriyyatında çap olunan kitabda filologiya elmləri doktoru, professor Şamil Salmanovun (1933-2006) seçilmiş məqalə və müsahibələri toplanmışdır. 460 səhifəlik kitab 3 bölümdən ibarərətdir.

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!