Respublika Gənclər Kitabxanası esse və şeir müsabiqəsi elan edib

Respublika Gənclər Kitabxanası Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını rəhbər tutaraq Azərbaycanımızın bütövlüyü uğrunda şərəflə döyüşən və bununla da adını əbədi olaraq şanlı tariximizə yazan qəhrəmanlarımız haqqında “Mənim qəhrəman əsgərim!” mövzusunda esse və şeir müsabiqəsinə start verib.

Kitabxanadan xəbər verilib ki, müsabiqədə iştirak etmək istəyən 16-35 yaşarası gənclər noyabrın 20-dək öz esse və şeirlərini [email protected] ünvanına təqdim etməlidirlər. Həmin əsərlər kitabxananın “Instagram” və “Facebook” səhifələrində yerləşdiriləcək. Qalib onlayn səs çoxluğu əsasında (“Bəyənmə” sayına görə) müəyyən ediləcək. Qalib iki nəfər seçiləcək və kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaqdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!