“Qardaş qələmlər” dərgisi: “Azərbaycan səninləyik”


         Avrasiya Yazarlar Birliyinin “Qardaş qələmlər” dərgisinin işıq üzü görən ilk sayının üz qabığında Ermənistanın növbəti təxribatı nəticəsində başlayan hərbi əməliyyatlardan sonra ölkəmizə, şanlı ordumuza dəstək məqsədi ilə “Azərbaycan səninləyik” sözləri yer alıb. Redaksiya məqaləsində Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin tarixə, Qarabağı işğaldan azad edən şəxsiyyət kimi daxil olacağına dair qəti inamı öz əksini tapıb. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu Azərbaycan Televiziyasına müsahibəsində işğal edilmiş torpaqlarını azad etmək uğrunda haqlı davasında ölkəmizi dəstəklədiklərini və münaqişənin ədalətli həllinin Qafqazda barışa gətirib çıxaracağını vurğulayıb. Xatırladaq ki, “Qardaş qələmlər”in Azərbaycana dəstək rəmzi olan bu sayı ilə bağlı videomaterial Azərbaycan Televiziyasının Mədəniyyət kanalında yayımlanıb. Dərgidə Azərbaycan Televiziyasının əməkdaşı Azad Müzəffərlinin bu ilin aprel ayında qələmə aldığı “Türk ilahəsi” hekayəsi də yer alıb. Hekayə “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!