Berlin Ədəbiyyat Festivalı yenidən ədəbiyyatsevərləri qəbul edir

 

Almaniyanın paytaxtında Berlin Filarmoniyasının Kamera Musiqi Salonunda 20-ci Berlin Beynəlxalq Ədəbiyyat Festivalı keçirilir.

On gün davam edəcək tədbir Almaniyanın UNESCO üzrə Komissiyasının himayəsi altında keçirilir. Burada dünyanın 50 ölkəsindən ən yaxşı müasir ədəbiyyat əsərləri təqdim olunur. COVID-19 pandemiyası ilə əlaqədar bir sıra sessiyalar onlayn və videokonfrans formatında keçirilir.

Açılış mərasimində ədəbiyyat üzrə Nobel mükafatı laureatları Mario Vargas Llos (2010), Olga Navoya Tokarçuk (2018), dünyanın bir sıra nüfuzlu və məşhur yazıçıları, şairləri və sair iştirak ediblər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!