Milli Azərbaycan Tarixi Muzeyində görkəmli özbək şairi Əlişir Nəvainin əlyazması saxlanılır

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda XV əsrin görkəmli özbək şairi Əlişir Nəvainin əlyazması (daş çapı) saxlanılır.

Muzeydən bildirilib ki, qırmızı məxmər üzlü qutuda olan əlyazma 1945-ci ildə Özbəkistan SSR-nin nümayəndə heyəti tərəfindən Azərbaycan SSR-nin 25 illiyi münasibətilə hədiyyə edilib. Əsər Ə.Nəvai irsinin və özbək - Azərbaycan əlaqələrinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!