Başqırd yazarının məşhur əsəri Bakıda işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Başqırdıstan Dövlət Gənclər Mükafatı laureatı, istedadlı nasir Aygiz Baymuxammetin məşhur “Getmə, ana” əsəri “CBS-PP” mətbəəsində nəfis tərtibatla gün üzü görüb. 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın “önsöz” yazdığı kitabın redaktoru və layihə rəhbəri Beynəlxalaq “Alaş” ədəbi mükafatının laureatı Əkbər Qoşalıdır. Əsər Azərbaycanlı yeni nəsil yazarı Aygün Yaşar tərəfindən dilimizə çevrilib. 

Dünya Gənc Türk Yazarlar Birliyi ilə “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İctimai Birliyi (RHİMİB) tərəfindən nəşrə hazırlanmış kitabın rəyçiləri RHİMİB-nin sədri Arzu Bağırova, Əli Kərim ad. Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslıdır; layihənin koordinatorlaru isə DGTYB başqanı İntiqam Yaşar, DGTYB başqan yardımçısı Əfsanə Ələsgərlidir.

“Getmə, Ana” povesti Aygiz Baymuxammetin Azərbaycanda nəşr olunan ilk əsəridir.

Qeyd edək ki, müəllifinə Başqırd Dövlət Gənclər Mükafatı qazandıran povest, bir çox dillərə çevrilib, Başqırdıstanın və Qırğız Respublikasının tədris planına daxil edilib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!