Xalq şairi Fikrət Qoca “İstiqlal” ordeni ilə təltif edilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “İstiqlal” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 avqust 2020-ci il.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!